Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təyyarədə qəza zamanı sağ qalmağın incə qaydası - Foto

“Təhlükəsiz quyruq” ölümdən xilas edir?...

Təyyarədə ən az dinamik yükə məruz qalan yerlərdə oturan insanın qəza baş verəcəyi təqdirdə sağ qalma şansı çoxdur.

Bu barədə rusiyalı aviasiya mühəndisi, konstruktor Viktor Pryadka danışıb.

Mütəxəssis təyyarə salonunun quyruq hissəsində yerləşən oturacaqlar üçün aviabilet almağı tövsiyə edir. Onun sözlərinə görə, qəzalı eniş zamanı və ya uçuşda fövqəladə vəziyyət yaranarsa, təyyarənin məhz bu hissəsi ən az dinamik yükə məruz qalır.

Mühəndis qeyd edib ki, təyyarə ensiz gövdəyə malikdirsə, quyruq hissəsi uçuşlar üçün ən təhlükəsiz yer sayılır.

“Şərti olaraq hesab etmək olar ki, dar gövdəli təyyarənin quyruğunda oturmaq daha təhlükəsizdir. Orada sonuncu sırada oturacaqların düzülüşü 3+3, ya 3+2, yaxud da 2+2-dir”, - deyə mütəxəssis bildirib.

Ancaq o, bu şansın enli gövdəli təyyarələrə aid olmadığını vurğulayıb. O, 3+4+3 oturacaq quraşdırılan füzelyajın diametrinin daha böyük olduğu üçün strukturunun daha tez dağıla biləcəyini deyib.

“Buna görə də belə təyyarədə fəlakət zamanı sağ qalma ehtimalı azalır”, - deyə Pryadka sözlərini yekunlaşdırıb.

pia.az


Etiket: təyyarə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ağsuda “Kamaz” yol kənarına aşıb, bir nəfər xəsarət alıb

Ən çox oxunanalar