Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Teymur Musayev: "Hazırda ölkədə pandemiya şəraiti nəzarət altındadır”

Səhiyyə Nazirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqx və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Görüşdə nazir Teymur Musayev bildirib ki, Prezident İlham Əliyevin sayəsində pandemiya ilə mübarizədə Azərbaycan vətəndaşları müxtəlif texnoloji platformalar əsasında hazırlandığı bütün peyvəndlərlə təmin edilib: “Bundan əlavə, Azərbaycan COVID-19-la uğurla mübarizə aparır və hazırda ölkədə pandemiya şəraiti nəzarət altındadır”.

Görüş zamanı nazir həmçinin ölkəmizdə rəqəmsal və innovativ texnologiyalardan istifadə, səhiyyə sistemində aparılan islahatlar haqqında məlumat verib.

Müharibədə iştirak edən şəxslərin və ailə üzvlərinin psixoloji və posttravmatik reabilitasiyası istiqamətində fikir mübadiləsi aparılıb.

Həmçinin işğalından azad edilmiş və digər ərazilərdə tibbi infrastrukturun bərpası, səhiyyə müsəssisələrində yeni texnologiyaların tədbiq edilməsi müzakirə olunub.

İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Ən çox oxunanalar