Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə koronavirus infeksiyası ilə bağlı maarifləndirmə işləri davam etdirilir

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətində yaradılmış mobil qrupun üzvləri Tərtər şəhərində və rayonun kəndlərində sakinlərlə söhbətlər aparır, əhalini karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirirlər...

Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir.

PİA.az xəbər verir ki, həmçinin mobil qrupun üzvləri rayon ərazisində fəaliyyət göstərən ticarət və ictimai iaşə obyektlərinə baş çəkir, buradakı vəziyyətlə yaxından tanış olurlar. Xidmət sahələrində çalışan işçilərlə maarifləndirmə söhbətləri aparılır, karantin rejimi qaydalarına əməl olunmasının vacibliyi vurğulanır. Diqqətə çatdırılır ki, mövcud vəziyyətlə əlaqədar olaraq işçi heyətinin mütəmadi olaraq maarifləndirilməsi, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı bir sıra dezinfeksiya tədbirlərinin görülməsi labüddür. Habelə xidmət sahələrində ümumi istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsinin əhəmiyyəti də qeyd edilir.

Qeyd edək ki, əhalinin koronavirusla bağlı maarifləndirilməsi məqsədilə Tərtər şəhərinin əsas giriş küçələrində, əhalinin daha çox istifadə etdiyi ərazilərdə xüsusi lövhələr yerləşdirilib, Mərkəzi Meydanda quraşdırılmış monitor vasitəsilə xüsusi hazırlanmış videoçarxlar nümayiş olunur.

Fotolar

pia.az

 


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Ən çox oxunanalar