Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təranə Səmədovaya cinayət işi açıldı


Tanınmış prodüser Təranə Səmədova cinayət məcəlləsinin 243.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə məhkəmə qarşısına çıxarılacaq


PİA.AZ ölkə.az-a istinadən xəbər verir ki, T. Səmədovanın məhkəmə prosesinin hazırlıq iclası iyul ayının 12-də Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçiriləcək.

Cinayət işi Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində başlanılıb və istintaq dövründə Təranə Səmədova barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cinayət işində 2 nəfər- Tağıyeva Mətanət Tağı qızı və Kərimova Sona Əhəd qızı zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, zərərçəkmişlərdən olan Sona Kərimova barəsində ötən il səs-küylü məhkəmə prosesi keçirilib. Həmin işdə S.Kərimova cinayət məcəlləsinin oğurluq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Prodüser Təranə Səmədova məhkəmə faktını təsdiqləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar