Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təcrid olunmuş Rusiya MDB ölkələrinə qarşı hansı təhlükələr yarada bilər? - Ərəstun Orucludan şərh

İllərboyu sivil dünyadan təcrid olunmuş Rusiyanı necə təsəvvür etmək olar və bu Rusiyanın davranışlarına necə təsir edə bilər?..

Siyasi şərhçi: “Rusiya Qərb dəyərlərinin bir parçasına çevrilməyənə qədər mübarizə davam edəcək və bu sanksiyaların bir çoxu qarşılıqlı etimadın bərpa olmasına qədər qüvvədə qalacaq”.

Rusiyanın Ukraynaya təcavüzü Qərbdə belə bir nəticəyə gəlməyə əsas verdi ki, Rusiya heç bir halda düzələn deyil. Rusiya özünün işğalçı siyasətini davam etdirəcək”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu MDB məkanında olan ölkələrə qarşı təcrid Rusiya hansı təhlükələr yarada biləcəyini PİA.az-a şərh edərkən qeyd edib.

Qərb Rusiyaya qarşı bütün sahələr üzrə sanksiyalar tətbiq etməkdə davam edir. Belə görünür ki, bu sanksiyalar Putin hakimiyyədə olduğu müddətcə davam edəcək. Çünki Putinin hakimiyyətdə olduğu müddətdə Rusiyanın aqressiv siyasət yürüdəcəyi də heç kimdə şübhə doğurmur. Bəs illər boyu sivil dünyadan təcrid olunmuş Rusiyanı necə təsəvvür etmək olar və bu Rusiyanın davranışlarına necə təsir edə bilər? Xüsusən MDB məkanında olan ölkələrə qarşı təcrid Rusiya hansı təhlükələr yarada bilər?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Hər bir halda, bütün variantlarda Rusiyanın gələcəyi çox qaranlıq görünür. Bunun da qonşu ölkələrə, ilk növbədə də post-sovet ölkələrinə çox ağır təsirləri olacaq”.

Baş verən prosesin Rusiyanın dünyadakı qlobal proseslərdən kənara qoyulmasına rəvac verən məğlubiyyət olduğunu vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, Moskva özünü ayağa qaldırmağa çalışacaq. Bunun üçün də ətrafındakı kiçik ölkələrə qarşı təcavüzkar siyasətini davam etdirəcək:

Rusiya əvvələr də Krımın ilhaqına və Ukrayna ərazisindəki seperatçılara görə sanksiyalar tətbiq olunmuşdu. Amma bu sanksiyalar məhdud sanksiyalar idi. Bundan sonra 2016-cı ildə ABŞ seçkilərinə müdaxilə etdiyinə görə də Rusiyaya müəyyən sanksiyalar tətbiq edilmişdi. Başqa ayrı-ayrı məsələlərə görə də Rusiyaya sanksiyalara məruz qalmışdı.

Amma o zaman bu sanksiyalar Rusiyanın davranışlarını dəyişmədi. Ona görə ki, tətbiq edilən sanksiyalar təsirli deyildi. Həm də həmin sanksiyalar iki əsas sahəyə təsir göstərmirdi. Bunlardan birincisi neft-qaz sahəsidir. Hansı ki, Rusiya əsas gəlirlərini onların ixracından əldə edir. İkincisi isə bank sektorudur. Bunun da səbəbləri var idi. Rusiya aktivlərinin bir çoxu Qərb ölkələrinin banklarında idi.

İndi isə Rusiyanın Ukraynaya təcavüzü Qərbdə belə bir nəticəyə gəlməyə əsas verdi ki, Rusiya heç bir halda düzələn deyil. Rusiya özünün işğalçı siyasətini davam etdirəcək. Qərb Rusiyanın bir çox davranışlarına göz yummuşdu. Bunun nəticəsi də Moskvada bir qədər yalnış anlaşmaya səbəb oldu. Onlar düşündülər ki, bu cür də davam edəcək.

Rusiya bu sanksiyaları gözləyirdi. Amma Moskvada hesab edirdilər ki, bu sanksiyalarda az təsirli olacaq. Kremldə düşünürdülər ki, qorxaq Qərb Krımın işğalı ilə barıdığı kimi, Ukraynanın tam işğalı ilə də barışacaq.

Ərəstun Oruclu: “Çox güman ki, daxildən Putini kənarlaşdıracaqlar. Çünki Rusiya bu sanksiyaların altında bir dünya gücü olaraq öz gələcəyini davam etdirə bilməz. Bu gün Rusiyanın gələcəyi naminə Rusiya elitası Putini kanarlaşdırılmalıdır və bu zərurətdir”.

Moskvada Qərbin bu qədər uzağa gedəcəyini gözləmirdilər. Amma gözləməliydilər. Çünki Ukraynada məsələ artıq hansısa seperatçılığı stimullaşdırmaq, hansısa əraziləri Ukraynadan qoparmaq deyil. Bu artıq qlobal geosiyasi qarşıdurmadır və Avropa artıq Rusiyanı öz varlığı və dəyərləri üçün açıq təhlükə kimi görür və Rusiyada demokratik hakimiyyət formalaşmayana qədər belə də görəcək.

Bu gün Rusiyaya tərbiq olunan sanksiyalar son dərəcə ağırdır və Rusiyanın bundan hansı itkilərlə çıxacağını söyləmək də çətindir. Ancaq deyə bilərik ki, sanksiyaların çalışdığı bir neçə gün ərzində demək olar ki, Rusiyada hər şey fəlakətli bir durumuna doğru gedir. Mən əminəm ki, müharibənin nəticəsindən asılı olmayaraq bu müharibə Rusiya hakimiyyətinin içində çox ciddi münaqişə yaradacaq. Bu münaqişənin əlamətləri artıq görünməkdədir. Çox güman ki, daxildən Putini kənarlaşdıracaqlar. Çünki Rusiya bu sanksiyaların altında bir dünya gücü olaraq öz gələcəyini davam etdirə bilməz. Bu gün Rusiyanın gələcəyi naminə Rusiya elitası Putini kanarlaşdırılmalıdır və bu zərurətdir. Olmasa Rusiyanı İkinci Dünya Müharibəsindən sonrakı darmadağın Almaniyanın taleyi gözləyir.

Bütün halalarda bu sanksiyalar həmən götürülməyəcək. Hətta Rusiya Putini kənarlaşdırsa belə. Çünki Putinin kənarlaşdırılmasından sonra da hələ onun törətdiyi fəsadlar aradan qaldırılmalıdır.

Hökmən bu şərtlər Rusiyaya qarşı irəli sürüləcək. Gələn hakimiyyət də çalışacaq ki, bir şəkildə Rusiyanın itirilmiş mövqelərini bərpa eləməyə çalışsın və bu zaman da fəsadların ortadan qalxmasına mane olacaq. Yəni bu rus xislətidir. Bunun əksi olsa, hakimiyyətə gələn qüvvə hər şeydə Qərbin arxasınca getsə, bu hakimiyyət rus xalqı tərəfindən xaricdən idarə olunan oyuncaq hakimiyyət kimi dəyərləndiriləcək.

Ərəstun Oruclu: “Putin olmasa belə, Moskva MDB ölkələri içində öz mövqeyini qorumaq üçün bu ölkələrə qarşı təcavüzkar siyasətini davam etdirəcək. Bu ölkələrdə ilk növbədə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri olacaq”.

Ümumilikdə götürdükdə isə Rusiya Qərb dəyərlərinin bir parçasına çevrilməyənə qədər mübarizə davam edəcək və bu sanksiyaların bir çoxu qarşılıqlı etimadın bərpa olmasına qədər qüvvədə qalacaq.

Hər bir halda, bütün variantlarda Rusiyanın gələcəyi çox qaranlıq görünür. Bunun da qonşu ölkələrə, ilk növbədə də post-sovet ölkələrinə çox ağır təsirləri olacaq. Hər şeydən öncə Rusiyanın Ukraynada verdiyi itkilər onun nüfuzuna ağır zərbədir. Bu Rusiyanın dünyadakı qlobal proseslərdən kənara qoyulmasına rəvac verən məğlubiyyətdir. Lakin Rusiya özünü ayağa qaldırmağa çalışacaq. Bunun üçün də ətrafındakı kiçik ölkələrə qarşı təcavüzkar siyasətini davam etdirəcək və Putin olmasa belə, Moskva MDB ölkələri içində öz mövqeyini qorumaq üçün bu ölkələrə qarşı təcavüzkar siyasətini davam etdirəcək. Bu ölkələrdə ilk növbədə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri olacaq.

Düşünürəm ki, biz bunu nəzərə almalıyıq. MDB məkanında olan bütün ölkələr bunu nəzərə almalıdır. Çünki Rusiyanın ən ağır məğlubiyyəti belə onun aqressiyasını artıracaq və bu birmənalı şəkildə Rusiyanın qonşularına qarşı təhlükələrin artmasına gətirib çıxaracaq. Söhbət təhlükələrin hökmən hərbi müdaxilə şəkilində olmasından getmir. Rusiyanın nəzarətindən qaçmaq istəyənMDB ölkələrində daxili çevrilişlər də ola bilər və saray çəkişmələri də arta bilər. Buna görə də bunu bütün post-sovet ölkələri nəzərə almalıdırlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar