Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təbii fəlakət zamanı tibbi çanta həyat xilas edə bilər

Türkiyədə on minlərlə insanın həyatına son qoyan zəlzələ təbii fəlakət çantasını gündəmə gətirdi. Çünki düzgün seçilən tibbi ləvazimatlar və qidalarla təmin edilmiş təbii fəlakət çantası bəzən çətin vəziyyətdə olan kiminsə həyatını xilas edə bilər.

Yalnız zəlzələ zamanı deyil, digər təbii fəlakətlərə də hazırlıqlı olmaq üçün tibbi çantada hökmən yaraları dezinfeksiya etmək üçün spirt, pambıq və yara sarğısı kimi müxtəlif tibbi ləvazimatlar olmalıdır. Mütəxəssislərin dediyinə görə, tibbi ləvazimatlar sırasında, ilk növbədə, ağrıkəsicilər, eləcə də qansaxlayıcı jqut, sarğı materialları və s. olmalıdır.

Lakin təkcə tibbi vasitələrlə də iş bitmir. Çantada həm də aclığa qalib gəlməyə kömək edən müxtəlif qida növlərinə də yer ayrılmalıdır. Ekspertlər uzun müddət xarab olmayan və çantaya asanlıqla yerləşən məhsullara üstünlük verməyi tövsiyə edirlər.

Poliqon.info AZƏRTAC-a istinadən bildirir ki, qida mütəxəssisi Seymur Qafarov deyib: "Həmin qidalar sırasına saxlama müddəti uzun olan paxlalı bitkilər, konservləşdirilmiş qarğıdalı daxildir. Quru və bərk halda karbohidratla zəngin çörək məmulatları, quru meyvələr yerləşdirilməlidir. Mütləq su ehtiyatı görülməlidir".

Müxtəlif təbii fəlakətlər zamanı lazım ola biləcək çantanı hazırlayarkən bütün ailə üzvlərinin ehtiyacları nəzərə alınmalıdır. Ev heyvanları varsa, onun da ehtiyacları nəzərə alınmalıdır.

Poliqon.info 


Etiket: Tibbi çanta


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Ən çox oxunanalar