Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış müğənnilər “qanuni oğru”nun müdafiəsinə qalxdı – Rusiyada

Məşhurlar “Şişkan” ləqəbli Oleq Medvedevin müdafiəsinə qalxdılar

“Qırxa yaxın ictimai xadim, idman və incəsənət xadimi Oleq Medvedevin taleyindən narahatdır…”

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, belə bir açıqlama ilə kriminal aləmdə nüfuz sahibi olan “Şişkan” ləqəbli Oleq Medvedevin vəkili çıxış edib.

Məlum olub ki, barəsində həbs qətimkan tədbiri seçilən “qanuni oğru”nun müdafiəsinə qalxanlar sırasında tanınmış rusiyalı müğənnilər Lev Leşşenko, Aleksand Serov, Lyubov Uspenskaya ilə yanaşı hətta bir zamanlar Rusiya yığmasına rəhbərlik etmiş tanınmış futbolçu və məşqçi Oleq Qazzayev də var.

Sözügedən şəxslər məhkəməyə müraciət edərək, “Şişkan” barədə seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyirlər. Və bunu O.Medvedevin “xidmətləri” ilə əlaqələndirirlər ki, buna da Donbasda döyüşən separatçılara göstərdiyi yardımlar, eləcə də idman və incəsənət sahəsinə verdiyi maddi dəstək aid edilir.

Qeyd edək ki, istintaqın fikrincə, “Şişkan” ləqəbli bu kriminal avtoritet hələ “taclandırıldığı” 1991-ci ildən etibarən Moskva ətrafındakı mütəşəkkil cinayətkar dəstələrə rəhbərlik edib. Rəsmi olaraq, onun həbsi Rusiya qanunvericiliyinə edilmiş yeni dəyişikliklər əsasında mümkün olub. Belə ki, yeni qanundakı 210.1 maddəsinə görə, hər hansı bir vətəndaş sadəcə cinayətkar aləm ierarxiyasında yüksək mövqe tutduğu üçün həbs edilə, hətta 15 il müddətinədək azadlıqdan məhrum oluna bilər.

Pia.az


Etiket: Oleq Medvedev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Ən çox oxunanalar