Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış hüquqşünasdan Baş nazirə müraciət: "Bütün yeyinti yollarını yaxşı bildiyinizdən …"

"Siz çoxlarından fərqli olaraq yaxşı bilirsiniz ki, bu gün mövcud olan 300-dən artıq lisenziya növü ancaq rüşvət mənbəyidir. Bu gün sahibkarlığı məhv edən, inhisarçılığı çiçəkləndirən də bu lisenziyalardır. Bunun aradan qaldırılması üçün isə aylar yox, bir həftə də kifayətdir".

PİA.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov Baş nazir Əli Əsədova ünvanladığı müraciətində bildirib.
Həmin müraciətin mətnini olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikası Baş naziri Əli Əsədova!

Artıq bir aydır ki, birbaşa sizin başçılıq etdiyiniz sahə üzrə, onsuz da çətin maddi durumda olan insanların gündəlik həyatlarına təsir edən nöqsanlar barədə iradlarımı, təkliflərimi yazıram. Bu günədək bir dəfə də olsun vətəndaşlara onlar barədə məlumat verilməyib. Axı siz hər çıxışınızda Prezidentin islahatlar barədə təkliflərindən danışırsınız, buna titanik güc sərf edildiyinizi bildirirsiniz. Əgər siz səmimisinizsə mənim təkliflərimi, iradlarımı araşdırmaq üçün titanik gücə ehtiyac yoxdur. Sadəcə, maskaların keyfiyyətinə, dərmanların qiymətinə, vətəndaşlarımızın maddi durumuna, sahibkarlığın vəziyyətinə diqqət yetirmək kifayətdir.

Heç bir şübhəm yoxdur ki, göstərdiyim hallar ancaq korrupsiya ilə bağlıdır. Əgər yenə də bu və ya digər formada inhisarçılıq olmasa nə maskaların keyfiyyəti, nə dərmanların qiyməti, nə də sahibkarlığın vəziyyəti bu günkü durumda olmazdı. Siz çoxlarından fərqli olaraq yaxşı bilirsiniz ki, bu gün mövcud olan 300-dən artıq lisenziya növü ancaq rüşvət mənbəyidir. Bu gün sahibkarlığı məhv edən, inhisarçılığı çiçəkləndirən də bu lisenziyalardır. Bunun aradan qaldırılması üçün isə aylar yox, bir həftə də kifayətdir. Nə üçün bunu etmirsiniz?! Əgər azərbaycan dilində yazdıqlarımı başa düşmürsünüzsə səhifələrimi izləyən mətbuat xidmətinizin rəhbəri, Almaniyanı darmadağın edən İbrahim Məmmədov bunları yaxşı başa düşür. Yox, bilavasitə marağınız varsa, bu başqa məsələ. Şəxsən özüm ikinci hala daha çox inanıram, çünki sizin fəaliyyətinizi illərdir ki, izləyirəm. İslahat kursu elan olunub, siz Baş nazir təyin olunandan dəstəklədim və hesab etdim ki, bütün yeyinti yollarını yaxşı bildiyinizdən korrupsiyanın aradan qaldırılması üçün lazım olan iqtisadi addımları işə salacaqsınız. Görünür səhv etmişəm. Öyrəncəklik çox vacib şərt imiş”. (Yeniavaz.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Ən çox oxunanalar