Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış aparıcıdan Speys TV qalmaqalına – Reaksiya

Yaranmış fürsətdən istifadə edərək, Speys TV-yə qarşı etik olmayan ifadələr, ittihamlar səsləndirən şəxslər, unutmayın ki, bu, sırf texniki problemdir

PİA.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Speys TV-nin “Ana xəbər” proqramının aparıcısı Elvin Basqallı kanalın efirində yayılan və qalmaqala səbəb olan məlum hadisələrə reaksiyasında deyib. O, “Speys”in ünvanına səsləndirilən təhqirlərə cavab verib:

“Bir neçə şəxsin yol verdiyi nöqsana görə o kanalda işləyən peşəkar insanlara, evinə çörək aparan ailə başçılarına qarşı yersiz ifadələr işlətmək qəbuledilməzdir. Bir daha bəyan edirik ki, Speys TV efirdə baş verən və etik qaydaların kobud şəkildə pozulması ilə nəticələnən hadisə ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirərək işinə məsuliyyətsiz yanaşan əməkdaşları cəzalandırıb. Mədəniyyətsiz insanların onlara etibar edilmiş canlı yayımda məsuliyyətsiz və qeyri-etik ifadələrinə görə böyük kollektivi ləkələmək yolverilməzdir”.

Xatırladaq ki, 4 apreldə müğənnilər Rüfət Axundov və həmkarı Rəşad İlyasov qonaq olduğu Speys TV-nin “Hər səhər” verilişində mahnı ifası zamanı sözləri dəyişdirərək, əxlaqdankənar ifadələr işlədiblər. R.Axundovun ifasında səsləndirilən mahnı fonoqram təqdim edildiyindən, müğənnilər mikrofonun açıq olmasından və söyüşlərin efirə getməsindən xəbərsiz olublar.

Sözügedən qalmaqaldan sonra Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) Speys TV-nin İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib, iş məhkəməyə göndərilib. Bundan əlavə, MTRŞ bu gündən etibarən R.Axundova efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edib.

Speys TV isə yaydığı açıqlamada efir əxlaqına uyğun olmayan sözlər işlədən müğənniləri kəskin qınamaqla yanaşı, verilişin yaradıcı və texniki heyəti ilə əlaqədar da ciddi, təxirəsalınmaz tədbirlər görüldüyünü bəyan edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Ən çox oxunanalar