Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir Mirkişili İrəvandan çağırış etdi

“Biz gələcəkdə silahlı münaqişə olmamasına çalışmalıyıq”.

Bunu bu gün Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında geopolitik təhlükəsizliklə bağlı mövzuda çıxışında bildirib.

Tahir Mirkişili deyib ki, o, azad olunmuş ərazilərdəki evinə baş çəkib: “Siz mənim evimin necə vəziyyətdə olduğunu görsəydiniz, bunun necə faciəli olduğunu başa düşərdiniz. Sizin əsgərlərin bizim Vətənimizdə nə etdiyini görərdiniz?!”

Azərbaycanlı deputat Ağdamın “Qafqazın Xirosima”sı adlandırıldığını diqqətə çatdırıb.

İkinci Qarabağ müharibəsində hər iki tərəfdən insan itkilərinə toxunan Tahir Mirkişili qeyd edib ki, Azərbaycan hər hansı revanşist cəhdlər görmək istəmir: “Bu münaqişə gələcək deyil, artıq keçmişdir. Biz gələcəkdə nələr istəyirik, bu barədə danışaq. Sülh müqaviləsinə nail olunması xalqlarımız, regionun inkişafı üçün çox yaxşı şans olardı”.

Cənubi Qafqazın strateji məkan olduğunu, yolların qovşağında yerləşdiyini vurğulayan Tahir Mirkişili Azərbaycan, Gürcüstan və Ermənistan xalqlarının resurslardan necə istifadə etməyi yaxşı bildiklərini söyləyib: “3+3” formatında ilk görüş Moskvada keçirilib. Bura Azərbaycan, Ermənistan və Gürcüstan, Türkiyə, Rusiyaİran daxildir. Bu format dayanıqlı sülhün, iqtisadi inkişafın təmini üçün mühüm formatdır. Əgər biz qlobal təhlükəsizlik barədə düşünsək, ilk növbədə ölkələr daxilində təhlükəsizlik təmin edilməlidir. İkincisi, region ölkələri arasında yaxşı əlaqələr qurulmalıdır. Bunun üçün də Cənubi Qafqazda qonşu ölkələr bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar. Biz bir-birimizə hörmətlə yanaşmalıyıq. Üçüncüsü, Cənubi Qafqazda ölkələr müxtəlif geopolitik seçim hüququna malikdir. Məsələn, Ermənistan bir hərbi blokun üzvüdür, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, Gürcüstan isə hərbi bloklara qoşulmayıb, gələcəkdə onların seçim imkanları olacaq. Bu üç ölkənin hər biri fərqli geopolitik səylər göstərir. Əgər Cənubi Qafqazda sülh istəyiriksə, düşünməliyik ki, bütün bunları gələcəkdə necə birləşdirə bilərik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Prezident Administrasiyasının rəhbəri 34 saylı seçki məntəqəsində səs verib

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Ən çox oxunanalar