Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşadakı Mamay bulağı öz tarixi görkəminə qaytarılır

İşğal dövründə Şuşa şəhərindəki tarixi Mamay bulağının ermənilər tərəfindən özünüküləşdirilməsinə cəhd edilmişdi.

Bulağın üzərində olan ərəb əlifbalı kitabə dəyişdirilərək erməni dilində olan xaç və simvollarla əvəz edilmişdi.

Bununla yanaşı, əvvəllər mövcud olmayan yeni simvol və yazılar da əlavə olunmuşdu.

Hazırda ermənilər tərəfindən əlavə olunan bütün simvol və yazılar sökülərək, bulaq öz əvvəlki görkəmində bərpa edilir.

Qeyd edək ki, Mamay bulağı yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Bulaq 1898-1899-cu illərdə yerli tacir Səməd ağa Cavanşirin sifarişi ilə tikilib. Mamay bulağı Qarabağ memarlığınin inkişafında yeni mərhələ təşkil edir və Şuşa memarlığına xas olan xüsusiyyətləri özündə əks etdirib. Baş fasad hissəsi düzbucaqlı şəkildə birləşmiş, incə və mürəkkəb quruluşlu sütunlarla bəzədilmişdi. Bulağın divar hissəsi əhəng məhlulundan ibarət yerli daşlardan hörülmüş, dəmir damla örtülmüşdü.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

“Motivasiya spikeri” olan YAP-çının Qubadakı “ev tapşırığı”

Ən çox oxunanalar