Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub

"Bakcell"in baş sponsorluğu və “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün "Ənənə" yay düşərgəsi təşkil olunub. Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində baş tutan tədbirdə 50-yə qədər şəhid övladı iştirak edib.

Hərbi vətənpərvərlik və milli ənənələr mövzusuna həsr olunan düşərgə beş gün (13-18 avqust) davam edib. Tədbirdə gənclərin iştirakı ilə qədim milli oyun növləri üzrə yarışlar, müxtəlif təlimlər və interaktiv oyunlar keçirilib.

"Müasir bacarıqlar və innovasiya" adlı təlim düşərgə iştirakçıların xüsusi marağına səbəb olub. Təlimdə “Bakcell”in əməkdaşı Rüfət Quliyev gələcəyin peşələri, ən çox tələb olunan bacarıqlar və bu bacarıqların əldə edilməsində texnologiya və innovasiyanın rolundan danışıb. Bundan əlavə, “Bakcell”in innovativ xidmətləri, “high-tech” və “AI” dəstəkli məhsulları barədə məlumat verilib.

Şəhid və qazilərin ailə üzvlərinə qayğı və diqqətin göstərilməsi “Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM) proqramının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlaşdırır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

“Motivasiya spikeri” olan YAP-çının Qubadakı “ev tapşırığı”

Ən çox oxunanalar