Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülərin diqqətinə: Yol polisləri artıq bunu edə bilməzlər – Video

Ötən il sürücülər tərəfindən törədilən inzibati xətaların 65 faizi xüsusi texniki vasitələrlə qeydə alınıb...

Yerdə qalan 35-lik qayda pozuntuları isə, yol polisi əməkdaşları tərəfindən fərdi olaraq yazılıb. Bu məqama baxmayaraq hələ də sürücülərlə yol polisi arasında ziddiyətli məqamlar qalmaqdadır.

ARB TV-nin “Günə doğru” verilişi maraqlı sujet hazırlayıb.

Sürücü: “Əgər sürücü qayda pozubsa, buna görə polis onu saxlayırsa sürücü problem yaratmamalıdır”.

Polis sürücü birbaşa təmasının qarşını almaq üçün Artıq Dövlət yol polisi idarəsi qarşısında xüsusi tapşırıqlar da qoyulub.

Kamran Əliyev – BDYPİ-nin şöbə rəisi: “Xüsusi texniki vasitələrin sayı artdıqca, təmas minimuma endiriləcək. Zərurət olmadıqda artıq yol patrul xidmətinin inspektoru sürücünü yolda saxlamayacaq. Hansı hissədə ki, xüsusi texniki vasitənin köməyilə qayda pozuntusunu aşkar etmək mümkündürsə, həmin ərazilərdə sürücünü saxlamağa ehtiyac olmayacaq”.

Amma bu o demək deyil ki, polis öz dislokasiya olunduğu ərzidə xidmət aparan zaman qayda pozuntusu olacağı zaman buna göz yumacaq. Bundan əlavə hansısa qayda pozuntusu müşahidə kamerası, yaxud monitor vasitəsilə aşkar edilirsə, bu halda qayda pozuntusu yol polisi əməkdaşı tərəfindən bilavasitə protokollaşdırıla bilməz.

Kamran Əliyev – BDYPİ-nin şöbə rəisi: “Yəni nəqliyyat vasitəsi saxlanılaraq, sürücü barədə protokol tərtib edilə bilməz. Lakin yol polisi tərəfindən qayda pozuntusu aşkar edilirsə, bu sənədləşdirilir, sürücü onunla razılaşmırsa, onun barəsində qərar qəbul edilmir.Həmin ərazidə müşahidə kamerası varsa, qeydə alınan hadisəyə baxış keçirilir və vəziyyətə uyğun qərar çıxarılır”.

Ekpertlər deyir ki, sürücü-yol polisi arasında birbaşa təmasın azaldılması, şəffalığın təmin olunması üçün vacib addımdır. Gərginliyi yaradan səbəblərdən biri də iş qrafikinin ağırlığı idi ki, bu da öz həllini tapıb artıq.

Elməddin Muradlı – Ekspert: “Polis nə qədər gərgin rejimdə işləyirsə, nə qədər ağır şəraitdə işləyirsə o qədər də aqressiv olur. Bəzən bir sürücünün qıcıqlandırıcı bir sözünə polis aqressiv cavab verir, beləliklə gərginlik yaranır. Cənab nazir binci növbədə polisin iş və istirahət vaxtını ilə bağlı addın atdı ki, artıq onlar 8 saat işləməlidir”.

Bunlar məsələnin polisin üzərinə düşən hissəsidir. Digər bir hissəsi isə sürücülərin məsuliyyətidir. Ən optimal çıxış yolu isə, qaydalara əməl etmək…(Turkustan.info)

pia.az


Etiket: Yol polisləri


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Prezident Administrasiyasının rəhbəri 34 saylı seçki məntəqəsində səs verib

Ən çox oxunanalar