Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Suriyadan gələn xarici muzdlular barədə məlumatlar dezinformasiyadır” — Ceyhun Bayramov

Dağlıq Qarabağda Suriyadan gələn xarici muzdlular, yaxud silahlılar haqqında məlumatlar dezinformasiya və “fake”dir.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Suriyadan gələn xarici muzdlular və ya silahlılarla əlaqəli hekayələr bəzi ölkələr tərəfindən yayılmış dezinformasiya nümunələridir.

“İndiyə qədər bu “fakenews”ları yayanlar tərəfindən heç bir dəlil irəli sürülməyib. Neçə ildir ki, demoqrafik böhrandan əziyyət çəkən və ölkənin silahlı qüvvələrini doldura bilməyən Ermənistandan fərqli olaraq Azərbaycan peşəkar və güclü, tam təchizatlı silahlı qüvvələrə malikdir. Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün xarici qüvvələrə, o cümlədən qeyri-qanuni birləşmələrə ehtiyacı yoxdur”, - deyə o qeyd edib.

Eyni zamanda o bildirib ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərinin işğalı zamanı hərbi əməliyyatlarında terrorçu qrupların və muzdluların istifadəsi ilə bağlı Bakının bir çox faktı var.

“Bizdə PKK (Kürdüstan Fəhlə Partiyası - red.) terrorçularının, həmçinin Avropadan və Yaxın Şərqdən gələn ermənilərin Ermənistan tərəfində döyüşdüyünə dair bir neçə mənbəyə əsaslanan etibarlı kəşfiyyat məlumatlarımız var”, - deyə Azərbaycan XİN rəhbəri vurğulayıb. (oxu.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Rusiya, SEPAH və Qərb arasında qalan Pezeşkian...

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Axios: Netanyahu şəxsən peycerlərlə əməliyyatı təsdiqləyib...

Dünya Bankı: Azərbaycanda su sektoruna subsidiyalar azaldılmalıdır

Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib

Ən çox oxunanalar