Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda quyuda meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub

2020-ci il dekabrın 18-i Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Əmirov Xanəli Əlişan oğlunun itkin düşməsi ilə bağlı Sumqayıt şəhər Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Xanəli Əmirovun qəsdən öldürülməsi müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin tanışı 1997-ci il təvəllüdlü Rəhimov Yusif Hafiz oğlunun 18 dekabr 2020-ci il tarixdə Xanəli Əmirovun Sumqayıt şəhəri, H.Z.Tağıyev ünvanında yaşadığı evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməsi və meyitini qəsəbədə yerləşən məktəbin zirzəmisinə ataraq yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Yusif Rəhimovun dayısı Rəşidov Tehran Ədalət oğlunun cinayəti törətməkdə istifadə edilən cinayət alətini təmin etməklə, məsləhət və göstəriş verməklə, habelə cinayətin izlərini gizlətməklə Yusif Rəhimova köməklik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yusif Rəhimov və Tehran Rəşidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Ən çox oxunanalar