Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda müəssisə ərazisində radioaktiv maddə tapılıb - Foto, Video

Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən müəssisənin ərazisində radiasiya fonunun normadan artıq olması barədə sentyabrın 9-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub...

Məlumat əsasında dərhal FHN-in qüvvələri cəlb olunub, müəssisənin ərazisində lokal yerdə qamma-şüalanmanın doza gücünün təbii fondan yüksək olduğu öz təsdiqini tapıb.

FHN-dən bildirilib ki, bununla bağlı zəruri ilkin təhlükəsizlik tədbirləri görülüb, o cümlədən əraziyə kənar şəxslərin girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Faktla bağlı FHN tərəfindən aparılmış radiometrik-dozimetrik və spektrometrik ölçmələr, eləcə də nüvə-radioloji sınaq işləri nəticəsində şüalanma mənbəyinin dəqiq yeri müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müəssisənin ərazisində yer səthindən 40 sm dərinlikdə aşkar olunan Cs 137 (sezium) radioaktiv maddəsi xüsusi təyinatlı texnika və avadanlıqların tətbiqi ilə ərazidən götürülərək, FHN-in “İzotop” xüsusi kombinatına aparılıb.

Əməliyyatdan sonra hadisə yerində təkrar müayinələr zamanı radiasiya fonunun normaya düşdüyü müəyyən olunub.

Fotolar

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Hansı məhsulların ölkəyə gətirilməsi qadağandır?

Ən çox oxunanalar