Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sudanla Suriya arasındakı Azərbaycan Gürcüstan və Ermənistana niyə uduzur?

30 il əvvəl Sovet İttifaqı dağıldı və dövlət müstəilliyimizi bərpa etdik. Postsovet respublikasından milli dövlətə çevrilmək üçün 30 il yetərli zaman olsa da, buna nail ola bilmədik. Ötən 30 ilə nəzər salanda milli dövlətə çevrilmək üçün mövcud olmuş, amma bizim əldən qaçırdığımız fürsətlərin çoxluğu adamı qorxuya salır. Biz dalana sıxışıb qalmış cəmiyyətik.

Müstəqillik uğrunda qırmızı imperiyaya meydan oxumaqdan qorxmayan xalq öz taleyinə sahib çıxmaqdan qorxdu. Özünə inamı itirən xalq müstəqillikdən şikayət etməyə başladı. Bu hal hələ də mövcuddur. Çox maraqlıdır ki, bu əhval-ruhiyə Sovet İtiifaqının dağılmasından sonra dünyaya gəlmiş yeni nəsildə də müşahidə olunur. Çünki cəmiyyət onları belə tərbiyə edib. Azərbaycan gəncliyi xəyalları oğurlanmış nəsildir. Gəncliyin xəyalların ondan əvvəlki nəsil, yəni valideynləri oğurlayıb.

Otuz il əvvəl maarifçilik prosesinin başladılması üçün çox böyük imkanlar əldə etdik, lakin onu dəyərləndirə bimədik. Netflix, Youtube, Facebook, Twitter, Instagram, TikTok, Telegram əsrində yaşayan Azərbaycan gəncliyi əksər ölkələrdəki həmyaşıdlılarından geri qalır.

İngilis dilini bilmə səviyyəsinə görə Azərbaycan gəncliyi 100 ölkənin arasında 86-cı yerdədir. 30 il əvvəl bizimlə eyni zamanda müstəqillik əldə edən Litva bu siyahıda 24-cü, Estoniya 25-ci, Latviya 29-cu, Belarus 40-cı, Rusiya 41-ci, Ukrayna 44-cü, Gürcüstan 47-ci, Ermənistan 51-cidir. Çox acınacaqlı haldır ki, Sudan, Kamboca, Anqola, Monqolustan, Nikaraqua, Banqladeş, Efiopiya kimi ölkələrdən olan gənclik ingilis dilini bilmə səviyyəsinə görə Azərbaycan gəncliyindən irəlidədir. Reytinq cədvəlində Azərbaycan Sudanla Suriya arasında yer alır və məncə bundan böyük utanc verici mənzərə ola bilməz.

Gürcüstan 100 ölkə arasında 47-ci olsa da bu vəziyyət sabiq prezident Mixail Saakaşvilini qane etmir. M.Saakaşvili hər bir gürcünün ingilis dilini bilməsini istəyir. Hətta bu istəyi Gürcüstanda islahatlarla bağlı yeni proqramında da əkisni tapıb. Gürcüstanın hazırkı hakimiyyəti isə iş adamlarının bir tələbəyə il ərzində 2000 (min) avro xərcləməsini təşviq edir.

Gürcüstandakı islahatların memarı olan mərhum Kaxa Bendukidze 2007-ci ildə yaratdığı Tbilisi Azad Universitetinə 50 milyon dollar sərmayə qoymuşdu. Kaxa Bendukidze hesab edirdi ki, dövlətin gələcəyi üçün ən vacib məsələ təhsilin inkşafıdır. Bütün postsovet respublikaları arasında ən effektli islahat hesab olunan Gürcüstandakı dəyişikliklərin memarı Kaxa Bendukidze hesab edirdi ki, Gürcüstan və digər MDB ölkələrinin təhsil sahəsindəki əsas problem odur ki, hələ də çoxları sovet təhsilinin yaxşı olduğunu düşünür. Bu dəyərləndirmənin üzərindən 14 il ötüb və bəzi MDB ölklərində vəziyyət dəyişib. Amma Azərbaycanda hələ də çoxları sovet təhsilinin yaxşı olduğuna inanır. Bu inacda olanlar isə gəncliyin gələcəyini oğurlamaqla məşğuldurlar. Təəssüf ki, bu oğrular üçün Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmayıb.

Xaqani Cəfərli - politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Prezident Administrasiyasının rəhbəri 34 saylı seçki məntəqəsində səs verib

Ən çox oxunanalar