Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süd məhsulları istehsal edən sexin fəaliyyəti məhdudlaşdırılıb – Fotolar

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə paytaxt sakini tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsində antisanitar şəraitdə süd və süd məhsullarının istehsal edilməsi ilə bağlı şikayət daxil olub

AQTA-dan verilən məlumata görə, daxil olan məlumat əsasında AQTA əməkdaşları sözügedən ərazidə monitorinq aparıb və şikayət öz təsdiqini tapıb. Belə ki, fiziki şəxs Məmmədov Ağaverdi Əliəşrəf oğluna məxsus sexdə süd məhsullarının istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.

Məlum olub ki, qəbul olunan xammal açıq havada – günəş şüalarının altında saxlanılır və istehsal sahəsinə daşınan zaman temperatur rejimi və daşınma qaydalarına əməl olunmur. Müəssisədə xammal qəbul olunan və süd məhsulları qablaşdırılan emal sahəsində antisanitar şəraitin hökm sürdüyü müəyyən edilib.

Baxış zamanı istehsal üçün nəzərdə tutulmuş süd məhsullarının plastik vedrələrə yığıldığı və sanitar normalara uyğun olmayan şəraitdə saxlanıldığı məlum olub. Yoxlama zamanı məhsulların istehsalında qanunsuz olaraq bitki tərkibli qarışıq yağlardan, süd yağı əvəzedicisindən, eyni zamanda “Pimalac” antibiotikindən istifadə edildiyi aşkarlanıb.

Aşkar olunmuş nöqsanlar əsasında çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ən çox oxunanalar