Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Solts BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasını istəyib

Şolts qeyd edib ki, islahat ideyası daha çox tərəfdaş, o cümlədən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü islahatlarda dəstəklənir...

Almaniya kansleri Olaf Şolts Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından BMT Təhlükəsizlik Şurasının islahatlarının, Asiya, Afrika və Latın Amerikası ölkələrinin daha geniş təmsil olunmasının və ümumilikdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Poliqon xəbər verir ki, Almaniya kansleri bu barədə BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

BMT çoxqütblü dünya reallığını yetərincə əks etdirmir. Heç bir yerdə bu, Təhlükəsizlik Şurasının tərkibinə münasibətdə olduğu qədər aydın deyil”, deyə Şolts bildirib.

Şoltsun sözlərinə görə, Asiya, Afrika və Latın Amerikası ölkələrinin bu bu qurumda daha çox çəkiyə layiq olduğu aydındır.

“Bu müddəadan çıxış edərək, müxtəlif variantlarla mətn üzərində razılaşmaq olar. Heç bir ölkə maksimum tələblərlə belə açıq danışıqlara mane olmamalıdır. Almaniya da bunu etmir”, deyə kansler vurğulayıb.

Eyni zamanda, Şolts qeyd edib ki, islahat ideyası daha çox tərəfdaş, o cümlədən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü islahatlarda dəstəklənir. Şolts həmçinin 2027 və 2028-ci illərdə rotasiya edən üzvlərdən biri olmaq istəyən Almaniyaya dəstək verməyə çağırıb.

Almaniya hökumətinin başçısı çıxışında bir daha beynəlxalq əməkdaşlığın, xüsusən də qlobal Cənub ölkələri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

“Bizim azadlığımız, demokratiyamız və rifahımız bütün dünyanın rifahı ilə dərindən bağlıdır”, deyə Almaniya hökumətinin başçısı bildirib. Onun fikrincə, mövcud ittifaqların möhkəmləndirilməsi yeni tərəfdaşlar tapmaq qədər vacibdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar