Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sizdə iPhone-dur, yoxsa Android? 

Smartfonunuz sizin barənizdə nə deyir?

Smartfonlar bizim “mənin” bir hissəsinə çevrilib. Çoxumuz günün 5 saatını telefonda keçiririk. Bəs smartfonlar biz və bizim xarakterimiz barədə nə deyə bilər?

Böyük Britaniyadakı Lincoln və Lancaster univeristetlərindən olan tədqiqatçılar qrupu Android və iOS əməliyyat sistemi bazasında çalışan 500 smartfon istifadəçisinin davranışlarını, vərdişlərini və öz telefonlarına münasibətlərini araşdırıb.

Onlar belə bir nəticəyə gəliblər ki, smartfon seçimi həqiqətən onun sahibinin bəzi keyfiyyətlərini əks etdirir.

Belə ki, alimlərin fikrincə, Android-ə üstünlük verənlər iPhone alıcılarından daha səmimi insanlardır. Lakin iPhone istifadəçiləri yaşca daha kiçik və daha açıqdırlar.

Tədqiqat göstərib ki, qadınların iPhone-a sahib olmaq şansı kişilərdən iki dəfə çoxdur. Lakin alimlər bunun baş vermə səbəblərini bilmirlər.

Android bazasındakı smartfonların istifadəçiləri öz növbəsində ən çox kişilərdir və çoxuda böyük yaşda olanlardır.

Smartfonlar öz sahiblərinin mini versiyasıdır...

Tədqiqatçılar hesab edir ki, smartfon seçimi insana öz şəxsi keyfiyyətlərini göstərmək imkanı yaradır.

Tədqiqat müəlliflərindən biri Heather Shaw deyir ki, smartfonlar artıq öz sahibinin mini-rəqəmsal versiyasına çevriliblər.

“Bir çox insan başqaları tərəfindən telefonunun götürülməsini xoşlamır, çünki telefon vasitəsi ilə bizim haqqımızda şəxsi fikirlər söyləmək olar”, o izah edib.

Öz iPhone-larına bağlı olan insanlar Android smartfonlarının sahiblərindən varlı deyillər. Lakin “almasevərlər” telefonlarının hansısa mövqenin göstəricisi kimi qəbul olunmasından daha narahatdırlar. Onlar Android-ə üstünlük verənlərdən daha emosionaldırlar.

Tədqiqat müəllifləri insanın hansı smartfondan istifadə etdiyini müəyyən edən kompüter proqramı hazırlayıblar.

“Biz insanlara özləri barədə bir neçə sual verməklə statistika modeli yaratmağa nail oduq. Bu məlumatlardan yola çıxaraq həmin proqram bir insanın cibində hansı smartfon olduğunu 70 faiz müəyyən edir", müəlliflərdən biri David Ellis bildirib. (https://www.bbc.com/azeri/international-46825170)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ən çox oxunanalar