Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov: “Yaşlı adamların efirdə evləndirilməsi dəyərlərimizə ziddir”

“Yaşlı adamların efirdə evləndirilməsi dəyərlərimizə ziddir”.

Poliqon.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 2-də keçirilən plenar iclasında İTV-nin Yayım Şurasına yeni üzvlərin seçilməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan demoktarik ölkə olduğundan hər kəs azaddır: “Ancaq bu gün 70 yaşlı adamları efirə evləndirməyə dəvət edirlər və onlar televiziyada ailə qururlar. Axı, bizim adətlərimiz, milli-mənəvi dəyərlərimiz var?! Düzdür, Rusiyada belə bir proqram var, ancaq onların da öz milli-mənəvi dəyərləri var. Axı, televiziyada kim evlənir, boşanır?! Ziyalılarımız bu məsələyə münasibət bildirməlidirlər. Çünki nəvə-nəticələri bunlardan nə tərbiyə götürəcək?! Dövlətimiz əxlaq, mənəviyyat üzərində qurulub. Bu dövləti hara aparırsınız?! 5 manat pul qazanırsız, amma xalqın tərbiyəsini pozmayın”.

Deputat həmçinin İTV-nin hazırladığı verilişlərlə digər telekanallardan fərqli olmağa çalışdığını da bildirib: “Amma həmin telekanalın bir neçə proqramında, xüsusilə də xəbərlərdə dəyişiklik yaxşı olardı. Bütün telekanallarda yayımlanan xəbərlər proqramı, demək olar ki, eynidir. Ona görə də xəbərlər proqramında müəyyən dəyişiklik iTV-nin fəaliyyəti üçün təqdirəlayiq olardı”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Ən çox oxunanalar