Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov: “Lapşinlə bağlı məsələni İnterpol vasitəsilə yenidən qaldırmaq lazımdır”

“Son vaxtlar Ermənstanın da deputatları icazəsiz Xankəndiyə səfərlər edir, gərginlik yaradır, imzalanmış müqavilələrin şərtlərinə əməl etmirlər. Cənab Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etdi və bununla bağlı fikirlərini səsləndirdi. Prezident mövqeyini ortaya qoyaraq bildirdi ki, Ermənistan hüquqi cəhətdən imzaladığı sənədlərə əməl etməlidir. Bunlar hamısı bəzi qüvvələr tərəfindən ortaya atılan ürəkbulandırıcı məsələlərdir. Aleksandr Lapşin Azərbaycanda olanda dəfələrlə üzr istədi, etiraf etdi ki, bir daha belə addım atmayacaq. Lakin qayıdandan sonra yenidən bəyanatlar verdi. İndi də yenə erməni lobbisinin təsiri ilə belə əməllər həyata keçirir. Lapşin bununla ara qarışdırmaq fikrində olanların dəyirmanına su tökür”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O xatırladıb ki, Azərbaycan Lapşini arzuolunmaz şəxs elan edib, onun haqqında Azərbaycanda cinayət işi var: “Yəqin ki, İnterpol vasitəsilə də bu məsələni yenidən qaldırmaq lazımdır. Rus sülhməramlıları buna şərait yaratmamalı, üzərilərinə düşən vəzifələri lazımınca yerinə yetirməlidirlər. Rus sülhməramlılarının səlahiyyətinə daxil olan məsələlər var. Onlar sülhməramlıların funksiyasına daxil olan vəzifələri nizamnamə tələblərinə uyğun, aidiyyəti qaydada ciddi şəkildə yerinə yetirməlidirlər. Dəfələrlə rus sülhməramlıları öz öhdəliklərini yerinə yetirmək əvəzinə, qarşı tərəf üçün şərait yaradıblar. Təbii ki, burada dövlətlərarası məsələdən söhbət gedə bilməz. Hərbçilər və digərləri arasında müəyyən ermənipərəst qüvvələr var ki, bu əməlləri ilə də yaranmış vəziyyəti gərginləşdimək istəyirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Ən çox oxunanalar