Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi-şərhçi: Paşinyanın hakimiyyəti üçün təhlükə var...

Paşinyanın tərəfdarları bildiriblər ki, Ermənistan ərazisində “ikinci hökumət” və ya “ikinci parlamentin” fəaliyyətinə imkan verməyəcəklər...

Kamran Məmmədli: “Hazırda etirazçılar, Qarabağdan Ermənistana qayıdan erməniləri öz sıralarına cəlb edə bilərlərsə, bu güclü bir etiraz dalğasına çevrilə bilər”.

“Qarabağdan Ermənistana köçən separatçıların “Qarabağ klanı” ilə birləşməsi istiqamətində addımlar atıldığı bildirilir. Bu da, öz növbəsində, Paşinyan hakimiyyəti üçün böyük təhlükə deməkdir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ermənistanın daxilində baş verən prosesləri Poliqon-a şərh edərkən qeyd edib.

İrəvandakı gənc daşnaklar bugünlərdə təxribata əl ataraq körpülərdən birinin altında həbs olunan separatçıların azadlığını tələb edərək onların şəkillərini asıblar. Ermənistanın hakimiyyət orqanları bir müddət sonra həmin şəkilləri yığışdırıblar. Paşinyanın tərəfdarları Qarabağ separatçılarını nəzərdə tutaraq bildiriblər ki, Ermənistan ərazisində “ikinci hökumət” və ya “ikinci parlamentin” fəaliyyətinə imkan verməyəcəklər.

Baş nazir Nikol Paşinyanı və onun hökumətini yaxın günlərdə İrəvanda Qarabağ separatçılarının tör-töküntüləri, o cümlədən radikal müxalifətin simasında “Qarabağ klanı” ilə gərgin mübarizə gözləyirmi və mübarizənin sonunu necə proqnoz etmək olar?

İrəvanda başlanması gözlənilən Nikol Paşinyan və radikal müxalifətin mübarizəsini Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Mübarizənin sonu proqnozlamaq çətin olsada, yekunda Paşinyanın öz mövqeyini axıra qədər qoruyacağı qənaətindəyəm”.

Adətən Ermənistan kimi ölkələrdə dövlət çevrilişi üçün 100 min insanın kifayət etdiyini vurğulayan ekspert bildirib ki, Paşinyanda əli boş oturmur:

“Qarabağı tərk edən təqribən 100 min civarında ermənilərin Nikol Paşinyan hakimiyyəti üçün ciddi təhdidə çevrilə biləcəyinə dair verilən proqnozlar özünü doğruldur. Qarabağdan Ermənistana köçən separatçıların “Qarabağ klanı” ilə birləşməsi istiqamətində addımlar atıldığı bildirilir. Bu da, öz növbəsində, Paşinyan hakimiyyəti üçün böyük təhlükə deməkdir. Çünki bundan əvvəl də, İrəvanın mərkəzində Paşinyanı devirmək üçün etiraz nümayişləri keçirilsə də, Paşinyanı devirmək cəhdi uğursuzluqa düçar olmuşdu.

Ancaq hazırda etirazçılar, Qarabağdan Ermənistana qayıdan erməniləri öz sıralarına cəlb edə bilərlərsə, bu güclü bir etiraz dalğasına çevrilə bilər. Adətən Ermənistan kimi ölkələrdə dövlət çevrilişi üçün 100 min insan kifayət edir. Lakin Paşinyanda əli boş oturmur. O da öz növbəsində Qarabağdan geri dönən ermənilər üçün sosial yardımlar və digər müavinatlar hazırlayaraq onları sakitləşdirməyə çalışır.

Paralel olaraq qondarma rejimin rəhbərliyidə ermənistanda xüsusi xidmət orqanları tərəfindən dindirilməkdə və izlənilməkdədir. Eyni zamanda bildiyimiz kimi, Paşinyan hakimiyyətini qorumaq üçün ABŞ və Qərbin xüsusi xidmət orqan nümayəndələridə hazırda İrəvandadır. Bu baxımdan Paşinyanda lazımı tədbirləri öncədən görməkdədir. Mübarizənin sonu proqnozlamaq çətin olsada, yekunda Paşinyanın öz mövqeyini axıra qədər qoruyacağı qənaətindəyəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Qəzza zolağında ölən fələstinlilərin sayı 39,2 min nəfəri keçib

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Ən çox oxunanalar