Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi-şərhçi: Hazırda biz üçüncü dünya müharibəsinin astanasındayıq...

ABŞ administrasiyası İsrailə silah satışını ləngidə və ya dayandıra bilər...

Kamran Məmmədli: “Münaqişənin ilk günlərindən, indiyənədək ABŞ ən yüksək səviyyədə İsrailə dəstək olub. Son hərbi yardım paketi isə bunun əyani sübutudur”.

“Ukraynadakı müharibədən 2 il keçməsinə baxmayaraq ,onlara F-16 qırıcılarını hələ də verməyən ABŞ, İsrailə daha müasir silahların verilməsini yubatmır. Bu baxımdan, ABŞ-ın bu müharibənin ən böyük dəstəkçisi olması gizli deyil”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli ABŞ-ın İsrailə silah satışını dayandırması iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ administrasiyası İsraili Qəzza zolağında hərbi əməliyyatların miqyasını azaltmağa inandırmaq üçün bu ölkəyə silah satışını ləngidə və ya dayandıra bilər. Prezident Co Bayden İsrailin dayanmasını təklif etsə də, Baş nazir Benyamin Netanyahu buna qarşı çıxıb.

Bəs, ABŞ tərəfindən İsrailə yardım dayandırılsa və ya minimuma endirilsə, HƏMAS-İsrail münaqişə zonasında hansı dəyişikliklər ola bilər?

İsrail-HƏMAS müharibəsinin indiki mərhələsini Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “ABŞ-ın münaqişəni dəyandırmaq istəyini səmimi hesab etmirəm”.

Yəmən və Suriya torpaqlarında yeni atəşin alovlanmasının mümkün ssenarilərdən olduğunu vurğulayan ekspert qeyd edib ki, bu baxımdan, dünya hazırda çox çətin vəziyyətdədir:

“Bir neçə gün öncə ABŞ və İsrail arasında Vaşinqtonda böyük hərbi müqavilə imzalanıb. Razılaşmanın bir hissəsi olaraq F-35 və F-15AI qırıcıları, Apache döyüş helikopteri və böyük miqdarda silah-sursat İsrailə veriləcək. Bu baxımdan, ABŞ-ın münaqişəni dəyandırmaq istəyini səmimi hesab etmirəm. Münaqişənin ilk günlərindən, indiyənədək ABŞ ən yüksək səviyyədə İsrailə dəstək olub. Son hərbi yardım paketi isə bunun əyani sübutudur.

Ukraynadakı müharibədən 2 il keçməsinə baxmayaraq, onlara F-16 qırıcılarını hələ də verməyən ABŞ, İsrailə daha müasir silahların verilməsini yubatmır. Bu baxımdan, ABŞ-ın bu müharibənin ən böyük dəstəkçisi olması gizli deyil. Sadəcə ABŞ beynəlxalq aləmdən İsrailə gələn təpkilərdən, BMT-də onlara qarşı müəyyən qətnamələrdən sonra özünü daha sivil və sülhpərvər göstərməyə çalışır. Ancaq bu yalnız sözdədir, əməldə isə ABŞ tamami ilə fərqli davranır.

O ki qaldı, münaqişənin sonraki mərhələsinə hesab edirəm ki münaqişə şərqdə daha da genişlənəcək. Yəmən və Suriya torpaqlarında yeni atəşin alovlanması mümkün ssenarilərdəndi. Bu baxımdan, hesab edirəm ki, dünya hazırda çox çətin vəziyyətdədir. Donald Trampında dediyi kimi, hazırda biz üçüncü dünya müharibəsinin astanasındayıq. ABŞ-ın hazırki rəhbərliyinin apardıqı yanlış siyasət və qərarlar belə bir vəziyyətin yaranmasına səbəb olub”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ərəstun Oruclu: Putinin Qafqazda ciddi dəstəyə ehtiyacı var...

Ən çox oxunanalar