Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi məhbus məsələsi Azərbaycanla Avropa Şurası arasında problemə çevrilir?


Politoloq: “25 ildən çoxdur ki, Azərbaycan hökuməti beynəlxalq qurumları ölkədə siyasi məhbus probleminin olmadığına inandırmağa çalışır”


Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması üzrə məruzəçinin təyin edilməsi özlüyündə müsbət haldır”. 

Bu sözləri politoloq Nəsimi Məmmədli Avropa Şurasının (AŞ) Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin etməsini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, çərşənbə axşamı Avropa Şurası (AŞ) Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edib.Turan-ın məlumatına görə, bu barədə qərarı Avropa Şurasının Hüquq və İnsan haqları komitəsi verib.  Belə ki, İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottir iyunun 25-də Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri seçilib. O həm də Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edilib. Məruzəçi “Azərbaycandakı siyasi məhbuslar” adlı hesabat hazırlamalıdır. 

Xatırladaq ki, 2 ay əvvəl deputat Pieter Omtzigt başda olmaqla AŞPA-nın 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi ilə bağlı təklif irəli sürmüşdülər. Deputatların müraciətində vurğulanırdı ki, 2013-cü ildə AŞPA almaniyalı deputatı Kristof Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatını rədd edib.Onlar AŞPA-nın Müstəqil Araşdırmalar Qrupunun bu yaxınlarda yaydığı korrupsiya ilə bağlı sənədə istinadən hesab edirdilər ki, bəzi keçmiş və indiki deputatların həmin hesabatın qəbul edilməməsində əhəmiyyətli rol oynadığına aid şübhələr var. Deputatlar bəzi şəxslərin işini də yada salaraq bildiriblər ki, Azərbaycanda siyasi məhbus problemi realdır. AŞPA Bürosu həmin təşəbbüsü qəbul etmişdi.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri konkret əməllərə görə məsuliyyətə cəlb ediliblər.

Mövzu  ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəsimi Məmmədlinin fikirlərini öyrənib. 



Nəsimi Məmmədli: “Avropa Şurası ilə Azərbaycan hökuməti arasında siyasi məhbus məsələlərinə görə dəfələrlə gərginlik yaşanıb”.


Ölkədə  məhkəmə sisteminin  bərbad vəziyyətdə olduğunu qeyd edən politoloq Nəsimi Məmmədliyə görə, siyasi məhbus probleminin mövcudluğu da Azərbaycan reallığının əsas məsələləinrdən biridir:

“Öncəliklə onu qeyd edim ki, Azərbaycanda siyasi məhbus problemi var və kifayət qədər ciddidir. Bu hal 25 ildən çoxdur mütəmadi mövcud olsa da, son illər daha da intensivləşir. Təqsirsiz insanların müxtəlif qondarma ittihamlarla həbs olunması adi hala çevrilib. Ölkədə ədalətli məhkəmə mühakiməsi isə mümkünsüz olub. Təqsirləndirilən şəxslərə müvəqqəti saxlama kameralarında ağır işgəncələrin verilməsi, məhkəmələrin siyasi sifarişlə qərar çıxarması, bu kimi qanunsuzluqlara etiraz edən vəkillərin cəzalandırılması cəmiyyətdə ağır hüquq böhranından xəbər verir. 

Avropa Şurası ilə Azərbaycan hökuməti arasında siyasi məhbus məsələlərinə görə dəfələrlə gərginlik yaşanıb. Müxtəlif vaxtlarda siyasi məhbus məsələləri üzrə məruzəçilər təyin edilib və hesabatlar hazırlanaraq yayılıb. Hətta bu hesabatlarda irəli sürülən tövsiyələrin nəzərə alındığını, yüzlərlə siyasi məhbusun zaman-zaman azad edildiyinin də şahidi olmuşuq. Ancaq siyasi məhbus problemi nəinki öz həllini tapıb, əksinə daha da ağırlaşıb. 25 ildən çoxdur ki, Azərbaycan hökuməti ölkədə siyasi motivli həbslər həyata keçirir və beynəlxalq qurumları  ölkədə siyasi məhbus probleminin olmadığına inandırmağa çalışır. 

Nəsimi Məmmədli: “Azərbaycanda siyasi məhbus probleminin birdəfəlik həlli üçün bütün nüfuzlu beynəlxalq qurumlar səy göstərməlidir”.


Bu il aprelin 22-də açıqlanmış 219 səhifəlik hesabatda iddia olunurdu ki, AŞ-nın bəzi üzvlərinin Azərbaycana münasibətdə etika qaydalarını pozması halları baş verib. Avropalı deputatların ələ alınması, rüşvət və korrupsiya iddiaları, kürü diplomatiyası kimi məsələlərdə Azərbaycan nümayəndə heyətinin üzvlərinin adları hallanırdı. Hətta 2013-cü ildə AŞPA-nın almaniyalı deputatı Kristof Ştrasserin hazırladığı “Azərbaycanda siyasi məhbuslarla bağlı hesabat”ın AŞPA-nın sessiyasında rədd edilməsi də müşahidəçilər tərəfindən təsadüfi sayılmayıb. Nüfuzlu beynəlxalq insan hüquqları təşkilatlarının çağırışları, hesabatları ölkəmizdə siyasi məhbus probleminin çox qabarıq olduğunu dünya ictimaiyyətinə göstərir. Təsadüfi deyil ki, 2 ay əvvəl AŞPA-nın 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini irəli sürmüşdülər. 

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması üzrə məruzəçinin təyin edilməsi özlüyündə müsbət haldır. Bu prosedur siyasi məhbus probleminə ciddi çözüm gətirməsə də, beynəlxalq diqqəti artırmaq baxımından əhəmiyyətlidir. Azərbaycanda siyasi məhbus probleminin birdəfəlik həlli üçün bütün nüfuzlu beynəlxalq qurumlar səy göstərməlidir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Polis saxta generalı dələduzluğa görə saxladı

Ən çox oxunanalar