Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi-analitik: Bəlkə də, Tramp üçüncü dünya müharibəsinin qarşısını ala bilər...

Donald Trampın yenidən hakimiyyətə gələcəyi təqdirdə, Rusiya və digər ölkələrə qarşı sanksiyaları yumşaldacağı ilə bağlı bəyanat verib...

Kənan Novruzov: “Əslində ABŞ-da Donald Trampın hazırda təmsil etdiyi Respublikaçıların Rusiyaya qarşı münasibəti daha loyaldır”.

“Əgər Tramp hakimiyyətə gəlsə, hətta Rusiyaya qarşı sanksiyaları yumşaltsa, Rusiya ilə münasibətləri loyallaşdırsa, yenə də Vaşinqton nüfuzunu itirmiş olmayacaq”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov ABŞ-da Trampın hakimiyyətə gələcəyi təqdirdə Rusiya ilə bağlı verdiyi vədi Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ-də keçiriləcək prezident seçkilərində namizəd Donald Trampın yenidən hakimiyyətə gələcəyi təqdirdə, Rusiya və digər ölkələrə qarşı sanksiyaları yumşaldacağı ilə bağlı bəyanat verib.

Bəs, Trampın bu bəyanatı Vaşinqtonun nüfuzuna necə təsir edəcək?

Mövzunu Poliqon-un əməkdaşı “Report” İnformasiya Agentliyinin əməkdaşı, siyasi-analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Trampın bu qərarından sonra Vaşinqtonun nüfuzunda ciddi dəyişikliklərin olacağını düşünmürəm”.

Trampın iqtisadi düşünən siyasətçi olduğunu xatırladan analitik əlavə edib ki, onu maraqlandıran sərt güc yox, daha çox iqtisadi əlaqələrdir. Buna görə də, o verdiyi vədi yerinə yetirə bilər:

“Əslində ABŞ-da Donald Trampın hazırda təmsil etdiyi Respublikaçıların Rusiyaya qarşı münasibəti daha loyaldır. Biz bunu Donald Trampın hakimiyyəti dövründə görmüşdük. Demokratlar isə daha Rusiyaya qarşı daha radikaldır. Ümumiyyətlə, Demokratlar İrana, Çinə qarşı da radikaldılar və öz radikalıqları ilə seçilirlər.

Bu mənada mümkündür ki, Tramp hakimiyyətə gəlsə, Rusiyaya qarşı sanksiyaları yumşaltsın. Bu gözləniləndir. Bu da onunla bağlıdır ki, Tramp iqtisadi düşünən siyasətçidir. Onu maraqlandıran sərt güc yox, daha çox iqtisadi əlaqələrdir. Buna görə də, o verdiyi vədi yerinə yetirə bilər.

Kənan Novruzov: “Trampın hakimiyyəti dövründə Vaşinqtonun nüfuzu kifayət qədər yaxşı idi”.

Trampın bu qərarından sonra Vaşinqtonun nüfuzunda ciddi dəyişikliklərin olacağını düşünmürəm. Çünki Trampın hakimiyyəti dövründə Vaşinqtonun nüfuzu kifayət qədər yaxşı idi. İndi də əgər Tramp hakimiyyətə gəlsə, hətta Rusiyaya qarşı sanksiyaları yumşaltsa, Rusiya ilə münasibətləri loyallaşdırsa, yenə də Vaşinqton nüfuzunu itirmiş olmayacaq. Əksinə, bəlkə də bundan sonra Vaşinqtonun nüfuzu artar. Çünki bu gün dünya faktiki olaraq nüvə müharibəsinə doğru gedir. Dünya bu gün üçüncü dünya müharibəsindən keçir. Sadəcə olaraq, üçüncü dünya müharibəsinin rəsmən elan olunması qalıb. Bəlkə də, Tramp bunun qarşısını ala bilər.

Baş verən proseslər onu deməyə əsas verir ki, artıq qlobal geosiyasət sərt təzyiq dilindən bezib və yorulub. Necə deyərlər, bardağı daşıram son damlaya ehtiyac var. Belə olan halda da, Tramp hakimiyyətə gələndən sonra bardağ dolu suyun daşmasının qarşısını ala bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

UEFA Avropa Liqası:  "Elfsborq" - "Qarabağ" oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb    

Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

Ən çox oxunanalar