Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda Ulu Öndər Heydər Əliyevin 99 illiyi geniş qeyd edilib

Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi Şirvanda silsilə tədbirlərlə qeyd edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 may 2022-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş ümumşəhər tədbirində iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi qurumların rəhbərləri və ictimaiyyət nümayəndələri öncə Ulu öndərin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.

Tədbir Şirvan Şəhər Mədəniyyət Mərkəzində davam etdirilib. Şəhid ailələri və Vətən müharibəsi qazilərinin də iştirak etdiyi tədbirdə Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan Ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolu, müasir, müstəqil Azərbaycan dövlətinin güclənməsinə xidmət edən uğurlu fəaliyyəti geniş qeyd edilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasətinin bu gün də Möhtərəm Prezidentimiz, Qalib Ali Baş Komandan Cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulanıb.Dünyanın ən güclü 50 ordusundan biri olan Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin Azərbaycan xalqına böyük qürur və şərəf hissi bəxş etdiyi bildirilib. Şirvan şəhər Musiqi Məktəbinin müəllimlərindən ibarət ansamblın müşaiyyəti ilə Azərbaycanın xalq artisti Gülyaz Məmmədova və əməkdar artist Elnur Zeynalov şəhər musiqi məktəbinin şagirdləri, məktəbin musiqi müəllimi İrşad İbişov, şəhər Mədəniyyət Mərkəzinin solisti Azər Həsənov Ulu öndər Heydər Əliyevə, Vətənə, Azərbaycana həsr olunmuş mahnılarla çıxış edərək iştirakçılara xoş bayram ovqatı bəxş ediblər. Tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Ən çox oxunanalar