Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan şəhərin sakinlərlə növbəti səyyar görüş keçirilib

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirilib...

29 sentyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Hacıqəhrəmanlı qəsəbəsində şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

PİA.az xəbəer verir ki, Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər İcra Hakimiyyətinin başçısı dünyada yayılan pandemiya təhlükəsi ilə əlaqədar iki il ərzində fərdi qəbulların və görüşlərin dayandırıldığını, koronavirus infeksiyasına qarşı mübarizədə dövlət səviyyəsində dünyaya nümunə ola biləcək addımlar atıldığını, qısa müddətdə ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni xəstəxanaların tikildiyini, yoluxmuş vətəndaşların müraciətləri əsasında dərhal tibb müəssisələrinə yerləşdirildiyini, ehtiyacı olan insanlara maddi yardımlar edildiyini və xalqımızın pandemiyadan az itkilərlə çıxdığını diqqətə çatdırıb. 2020-ci ilin sentyabrın 27-də dövlət başçısının qətiyyəti və əzmi ilə “Dəmir yumruq”da birləşən rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı “Zəfər yürüşü”ndən bəhs edib. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, döyüşlərdə şücaət və qəhrəmanlıq göstərən bütün hərbiçilərin dövlət başçısı tərəfindən orden və medallarla təltif edildiyini bildirib. Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü, Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq-bərpa işlərinin aparıldığını qeyd edib. Şəhər ərazisində su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfaltlanması, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, seçiçiləri ilə müntəzəm görüşdüyünü, şəhər sakinlərinin problem və qayğılarına yaxından bələd olduğunu, onların müsbət həlli üçün çalışdığını bildirib. Milli Məclisdə qəbul edilən qərarların ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb. Həm ön cəbhədə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, həm də dünyada həyata keçirilən uğurlu dövlət siyasəti ilə bağlı, xalqımızın ölkə başçısının ətrafında sıx birləşdiyini, respublikamızın yaxın gələcəkdə daha da qüdrətlənəcəyini qeyd edib.

Sonra sakinlərin müraciət və problemləri dinlənilib. Görüşdə əsasən işsizlik və mənzil məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib.

Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar