Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siqareti atandan sonra yaranan iştahı belə öldürün

Siqareti tərgitmişiniz və daimi nəsə yemək istəyirsinizsə, sağlam olmayan və kalorili seçimlərə müraciət etməməyə çalışmayın.

PİA.az Axşam.az-a istinadən xəbər verir ki, siqareti atdıqdan sonra bir çox insanda ani çəki artımı baş verir. Uzun müddət davam edən bu alışqanlığı buraxmaq zehninizi qidalara yönləndirməyə vadar edir. Bu da kökəlməyə səbəb olur. Çətin bir prosesi geridə qoyduqdan sonra bir də arıqlamağa vaxt sərf etməyin. Bunun əvəzində sizə tövsiyə edəcəyimiz reseptlərlə aclıq hissindən çəki almadan qurtulun.

Tərkibi:

4 kələm yarpağı

1 kiçik ölçülü alma

1 kiçik ölçülü armud

1 xörək qaşığı badam yağı

100 qram şəkərsiz badam südü

Bütün qidaları mikserdən keçirin və yeyin. Qalan hissəni soyuducuda saxlaya bilərsiniz. İçki olaraq yanında portağal və bananlı smuzidən istifadə edin. C vitamini, kalium və antioksidanlarla zəngin olan bu içki sizi gün ərzində gümrah saxlayacaq.

Tərkibi:

1 banan

¼ stəkan portağal suyu

¼ stəkan badam südü

qatıq və ya kefir

2 yarpaq kələm

1 ovuc ispanaq

4-5 qaragilə və ya dondurulmuş üzüm

2 çiyələk

bir çimdik zəncəfil

Qatılığı aradan qaldırmaq üçün mikserə su da əlavə edə bilərsiniz.

Tərkibi:

3 böyük qırmızı alma

1 çay qaşığı darçın

2 xörək qaşığı şəkər

Almaları incə doğrayıb, üzərinə darçın və şəkər tozu əlavə edin. Sobada 40-50 dəqiqə 90 dərəcədə almalar qızılı rəng alana qədər gözləyin. Daha sonra soyuyana qədər gözləyin. Bu çipsi 3 gün saxlaya bilərsiniz.

Tərkibi:

1 böyük stəkan qatıq

1 xörək qaşığı vanil

2 stəkan doğranmış meyvə

Vanillə qatığı qarışdırıb meyvələrlə birləşdirin. Tamamilə bərkiyənə qədər 3-4 saat soyuducuda dondurun.

Tərkibi:

1 banan

4 xörək qaşığı zefir

4 xörək qaşığı şirin peçenya

yarım stəkan əridilmiş tünd şokolad.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar