Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Afrikada ikinci “ərəb baharı” yaşanır?

Politoloq: “Əlcəzair başçısının İsrail baş naziri və ABŞ siyasi elitası ilə olan münasibətinə də ciddi şəkildə diqqət yetirmək lazımdır”

“O dövlətlərdə ki, siyasi hakimiyyətlər dəyişir biz orada dünya hegemonlarının maraqlarının toqquşduğunu və onların xalqı, müxtəlif siyasi qrupları ayağa qaldırdığını görürük”.

Bu sözləri politoloqlar klubunun sədri Zaur Məmmədov Əlcəzair prezidentinin xalq etirazları səbəbi ilə istefaya getməsini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Əlcəzair prezidenti xalq etirazları səbəbi ilə istefaya gedib. Belə ki, Əlcəzairi 20 ildir idarə edən prezident Əbdüləziz Buteflika ölkədə həftələrdə davam edən aksiyalardan sonra vəzifəsindən istefa verib. İstefadan bir neçə saat əvvəl ölkənin Baş Qərargah rəisi Əhməd Kayid Salih prezidentə dərhal vəzifəsini tərk etməsi barədə tələb irəli sürmüşdü. Ordudan gələn bu ultimatumdan sonra Buteflika vəzifəsindən istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Əlcəzair prezidenti Əbdüləziz Buteflikanın 20 ildir ölkənin başında durmasına rəğmən, 5-ci dönəm üçün də prezidentliyə namizəd olması böyük narazılıqlara səbəb olmuşdu: yüz minlərlə insan küçələrə axışaraq 82 yaşlı Buteflikanın namizədliyinə etiraz etmişdi.

Bəzi ekspertlərə görə hazırda Şimali Afrikada ikinci “ərəb baharı” yaşanmaqdadır. Əlcəzairdə baş verənlər ABŞ-ın və İsrailin Yaxın və Orta Şərqin yenidən formalaşdırılması planı ilə əlaqəli görünürmü? Həmçinin bu istefa Əlcəzairdə siyasi parçalanmaya və vətəndaş qarşıdurmasına yol aça bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloqlar klubunun sədri Zaur Məmmədovun fikirlərini öyrənib.

Zaur Məmmədov: “Əlcəzairdə baş verən bu dəyişikliklər onsuz da labüd idi. Çünki Əlcəzairdə siyasi hakimiyətin gec-tez dəyişəcəyinin şahidi olacaqdıq”.

Əlcəzairdə dövlət başçısının istefasının bir neçə məqamla bağlı oluğunu düşünən politoloq bu məqamları həm daxili, həm də xarici faktorlarla əlaqələndirib:

“Əlcəzairdə dövlət başçısının istefası bir neçə məqamla bağlıdır. Təbii ki, müasir dünyada siyasi sistemlərin, siyasi hakimiyətlərin dəyişməsinin bir neçə səbəbi var. Bu səbəblərdən biri sosial və iqtisadi durumdu ki, bu vəziyyət əhalinin kütləvi şəkildə illərdir hakimiyyətdə olan şəxslərə qarşı narazılığını artırır. Həmin dövlətlərdə sosial-iqtisadi vəziyyət pisdirsə, istər-istəməz bu daxildəki problemlərə gətirib çıxardır.

İkinci əsas məsələ təbii ki, xarici faktorla, geosiyasi məsələlərlə bağlıdır. O dövlətlərdə ki, siyasi hakimiyyətlər dəyişir biz orada dünya hegemonlarının maraqlarının toqquşduğunu və onların xalqı, müxtəlif siyasi qrupları ayağa qaldırdığını görürük.

Zaur Məmmədov: “Əlcəzair dövlət başçısı da məsələnin labüd olduğunu gördü və özü tez bir zamanda istefa verdi”.

Mən Əlcəzairdəki məsələlərlə bağlı bütün bu məsələlərə diqqət yetirməyinizi çox məqbul sayardım. Burada məsələyə həm daxili, həm də xarici konteksdən yanaşmaq lazımdır. Nəzər yetirmək lazımdır ki, bu gün Əlcəzair bir dövlət kimi daha çox xarici siyasətdə hansı dövlətlərə istiqamətlənib? Həmçinin baxılmalıdır ki, Əlcəzair iqtisadiyyatının çox hissəsi hansı qruplaşmanın əlində idi. Eyni zamanda Əlcəzair başısının İsrail baş naziri və ABŞ siyasi elitası ilə olan münasibətinə də ciddi şəkildə diqqət yetirmək lazımdır.

Ümumillikdə hesab edirəm ki, Əlcəzairdə baş verən bu dəyişikliklər onsuz da labüd idi. Çünki Əlcəzairdə siyasi hakimiyətin gec-tez dəyişəcəyinin şahidi olacaqdıq. Əlcəzair dövlət başçısı da məsələnin labüd olduğunu gördü və özü tez bir zamanda istefa verdi.

Bundan sonra Əlcəzairdə siyasi istiqamətlərin, siyasi idarəetmənin kardinal şəkildə dəyişəcəyini düşünmürəm. Adətən bu kimi hadisələr heç də qlobal dəyişikliklərə gətirib çıxarmır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar