Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Si Tsinpin: Çin Belarusla strateji əməkdaşlığı gücləndirməyə hazırdır

Çin tərəfi belaruslu tərəfdaşları ilə birlikdə bəşəriyyət üçün ortaq gələcəyi olan Birlik yaratmaq naminə strateji əməkdaşlığı gücləndirməyə hazırdır...

Poliqon Belarusun BELTA dövlət agentliyinə istinadənxəbər verir ki, bunu Pekində Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı Çin sədri Si Tsinpin deyib.

“Mənim böyük dostum, sizi yenidən görməyə çox şadam. Sizin bu il fevralın sonu və martın əvvəlində Çinə dövlət səfəriniz çərçivəsində biz Çin-Belarus münasibətlərinin dinamik inkişafının xeyrinə mühüm razılaşmalar əldə etdik. Hər mərhələdə biz yeni razılaşmalar əldə edirik. İl ərzində siyasi qarşılıqlı etimad və beynəlxalq qarşılıqlı fəaliyyət möhkəmlənir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın yeni nəticələri var”, deyə Çin lideri bildirib.

Çin Xalq Respublikasının Sədri bəyan edib ki, əgər 10 il əvvəl “Bir Kəmər və Yol Təşəbbüsü” konsepsiya idisə, indi onun çərçivəsində 140-dan çox ölkə və beynəlxalq təşkilat əməkdaşlığa qoşulub.

“Çin üçün sabitliyin və uzunmüddətli inkişafın qorunması çox vacibdir. Və bu işdə çox böyük uğurlar əldə etmişik. Müasir dünyada titanik dəyişikliklər baş verir, yeni risklər və çağırışlar meydana çıxır. Baş verənlərin çoxu bizim üçün gözlənilməz olur. Çin tərəfi belaruslu tərəfdaşları ilə birlikdə bəşəriyyət üçün ortaq gələcəyi olan Birlik yaratmaq naminə strateji əməkdaşlığı gücləndirməyə hazırdır”, deyə Çin lideri bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Ən çox oxunanalar