Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səyyahlar Cəbrayılda minatəmizləməni izlədilər - Video

Norveçin beynəlxalq səyahətçilərdən ibarət "Vagaclub"unun 30 nəfərlik geniş heyəti Cəbrayılın Cocuq Mərcanlı kəndinin ərazisində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər...

Poliqon Trend-ə istinadən xəbər verir ki, bununla da beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb.

Səyyahlar 3 gün ərzində Füzuli, Şuşa, Ağdam, Kəlbəcər, LaçınCəbrayıl marşrutu üzrə hərəkət ediblər.

Qeyd edək ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət "Vagaclub"unun 30 nəfərlik geniş heyətinin mayın 2-dən Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa "Vagaclub"un rəhbəri, 35 yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Bu dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.

Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edib.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən, bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın "Piki Reels", İsveçin "Club 100" heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli "Vagaclub"unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insan Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

Bakı-Qazax yolunda qəza olub, bir nəfər ölüb, 3 uşaq xəsarət alıb - Foto, Yenilənib

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

Əmək pensiyalarının ödənilməsi xərcləri artırılıb

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Ən çox oxunanalar