Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxülislam: "Xocalıda törədilənlər vəhşiliklərin kulminasiya nöqtəsidir"

"Azərbaycan şəhəri Xocalıda törədilən vəhşiliklər hələ də dünya ictimaiyyəti tərəfindən pislənməyib və layiqli qiymətini almayıb"

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Xocalıda törədilənlər vəhşiliklərin kulminasiya nöqtəsidir: "Ancaq bu vəhşiklikləri törədənlər hələ də hüquqi cəzasını almayıblar. Ermənistan heç bir beynəlxalq qurumun qərar və qətnamələrinə məhəl qoymur. Cəzasızlığından ilhamlanan Ermənistan daim atəşkəsi pozmağa cəhd edir, sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirir".

O qeyd edib ki, soyqırım törədənlərin havadarları Azərbaycana qarşı törədilən terrorizmə haqq qazandırmaq niyyətindədir: "Həqiqət bundan ibarətdir ki, bütov bir şəhərin məhv edilməsi soyqırım aktıdır. Növbəti dəfə beynəlxalq təşkilatlara müraciət edirik ki, bu soyqırıma biganə qalmasınlar, Qarabağ münaqişəsinin həllində bizə kömək etsinlər. Ən əsası isə haqqın tərəfində olsunlar. Qeyd edim ki, Azərbaycanın bütün məscidlərində və dini məclislərdə cümə günü şəhidlərin şəninə xütbələr veriləcək, onların əziz ruhuna "Qurani-Kərim", dualar oxunacaq".(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar