Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərur sakinləri: Fuad Nəcəfli gedən kimi, artezianları da açıb apartdılar

Prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi Fuad Nəcəfli yanvarın 7-də Şərur rayonunda sakinlərlə görüşüb...

Görüşdən öncə, rayon rəhbərliyi bəzi problemləri aradan qaldırıb. Ancaq, müvəqqəti. Məsələn, rayonun içməli sudan əziyyət çəkən Mahmudkənd, Cəlilkənd, Düdəngə və digər kəndlərində uzun müddətdir ki, dayandırılan artezianlar görüşdən bir gün öncə işə salınıb.

Görüş zamanı Fuad Nəcəfli də söz verib ki, rayonun bütün problemləri həll olunacaq. Lakin, o rayonu tərk edəndən bir neçə saat sonra, icra hakimiyyətinin əməkdaşları artezianların motorlarını və ötürücülərini söküb, özləri ilə aparıblar. Beləliklə, kənd yenidən içməli susuz qalıb. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup rayon sakini məlumat verib.

Mahmudkənd kənd sakini B. Babayev deyir ki, artezan quyuları bir neçə il öncə qazılıb və işə salınıb. Bununla da bir neçə kəndin su problemi həll olunub. Lakin, ötən il Yaycı gölündən bu kəndlərə içməli olmayan su çəkilib. Bundan sonra artezianların fəaliyyəti dayandırılıbmış:

“Hər kənddə 7-8 artezian quyusu var. Bir il öncə, göldən su çəkən kimi, gəlib dayandırdılar. Dedilər ki, artıq kəndlərin suyu var, içmək üçün də bundan istifadə edin. Gölün suyu isə, içməyə yararsızdır. Bir ildir ki, şikayət etmədiyimiz yer qalmayıb. Heç kim şikayətimizə baxmaq istəmir. Fuad Nəcəfli görüşə gəlməmişdən bir gün öncə, tələsik gətirib, motorları bağlayıb, artezanları işə saldılar. Lakin, bu sevincimiz cəmi bircə gün çəkdi. O gedən kimi, gəlib motorları və ötürücüləri açıb apardılar ki, heç kim artezianları işə sala bilməsin”.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən Düdəngə kənd sakini deyir ki, artezianları bağlamaqda məqsəd, elektrik enerjisinə qənaət edib, həmin pulu büdcədən silməkdir:

“Biz onsuz da hər ay təsərrüfat başına 5 manat su pulu ödəyirik. İstər artezian suyu olsun, istərsə də göl. Gölün suyu öz axarına gəldiyindən, pul tələb eləmir. Rayon rəhbərliyi isə, artezianlara görə, hər ay büdcədən xeyli pul silir. Guya onlar işləyir və pul yazır. Özlərinin qazancı üçün, minlərlə ailə suzusliqdan əziyyət çəkir. Evimin yanında artezian olarkən, niyə mən kilometrlərlə yol gedib, içməli su gətirməliyəm. Bizim kənd və qonşu kəndlər əl arabası ilə Oğlanqala kəndindən içməli su daşıyırıq. Düşünürdük ki, yeni rəhbərlik gəlib bu problemləri həll edəcək. Ancaq, əksini görürük”.(Gündəlik Naxçıvan)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Maqnit qasırğaları zamanı edilən səhvlər sadalandı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Ən çox oxunanalar