Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şərur” MTK mənzillərin sahəsi ilə bağlı sakinləri aldadıb - Şikayət 

“2010-cu ildə “Şərur” MTK-dan ev almışıq. Bütün sənədləşmədə, məlumatlarda mənzil 146 kvadratmetr göstərilir. Lakin aldığımız mənzilin həqiqi sahəsi 126 kvadratmetrdir. Həmin binada bir çox sakin bu üsulla aldadılıb və şikayətçidir”. 

Bu barədə şikayətlə Oxu.Az-a bina sakini Kənan Musayev müraciət edib. O qeyd edib ki, Bakının Nəsimi rayonu, Mir Cəlal küçəsi, 127E ünvanında yerləşən “Şərur” MTK-ya məxsus binanın sakinləri bu binada mənzil alarkən kütləvi sürətdə aldadılıblar. Belə ki, “Şərur” MTK ilə maliyyə müqavilələrində bir mənzil sahəsi qeyd edilir, vətəndaş o müqaviləyə uyğun pul ödəyir və hətta sonradan kommunal ödəmələr adı ilə keçən xidmət ödənişləri də bu maliyyə müqaviləsində qeyd edilən sahə üzrə alınır. Lakin mənzillərə çıxarış alınarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDRX) adlı qurum ölçmə aparıb və mənzil sahələrinin qat-qat az olduğu üzə çıxıb və son olaraq çıxarış (kupça) bu göstəricilərə uyğun verilib. Sakinlərə külli miqdarda ziyan vurulub. “Şərur” MTK isə dövlətin səhv hesablama apardığını iddia edir və kompensasiya verməkdən boyun qaçırır”. 

Kənan Musayev onu da bildirib ki, “Şərur” MTK rəhbərliyi 12 il ərzində üzərində heç bir vergi-fiskal nişanları olmayan qəbzlər ilə sakinlərdən xidmət haqqı adı ilə pul toplayır: 

"Yalnız çoxsaylı şikayətdən sonra bu aydan etibarən qəbz forması dəyişdirilib.

Bundan əlavə, 2019-cu ildə binada konstruktiv dəyişikliklər edilərək, aparıcı sütunlar yonulub və bəziləri tamamən ləğv edilib. Çünki MTK rəhbərliyi əvvəl binanın birinci mərtəbəsini obyekt kimi icarəyə verməyi düşünüb. Tələbat olmadığına görə, sonradan həmin hissəsi mənzillərə çevirərək, satmağa qərar veriblər. Nəticədə, birinci mərtəbədəki, binanın əsas sütunlarını yonublar. Bu da öz növbəsində binanın seysmik davamiyyətinə çox zərərlidir. 

Şərur” MTK-nın qanunsuzluqları bununla da bitmir. Binanın ən üst hissəsini, liftin texniki otağı adlanan yeri mənzilə çevirərək, MTK rəhbərliyinin qohumlarını ora yerləşdiriblər. 

Bütün aidiyyəti qurumlar, o cümlədən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları binadakı qanunsuzluqları, təhlükələri təsdiqləyirlər. Amma qurumlar heç bir addım ata bilməyəcəklərini bildirirlər”. 

Problemlə bağlı “Şərur” MTK ilə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info 

 

 

 

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Ən çox oxunanalar