Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhəddə yeni təxribatlar - Praqa razılaşmalarının taleyi necə olacaq?..

Bu təxribatların arxasında Avropa Birliyinin uğurlu vasitəçilik missiyasını həzm edə bilməyən Rusiya dayanır, yoxsa ermənilər özləri sülh prosesini pozmaqda maraqlıdırlar?..

Politoloq: “İki ölkə arasında əsas fikir ayrılığı “Zəngəzur dəhlizi” ilə bağlıdır. Bildiyimiz kimi delimitasiya və demarkasiya, “Zəngəzur dəhlizi” ilə bağlı Rusiya, ABŞAvropa Birliyi arasında fikir ayrılığı var. Bu da diqqətdən yan keçməməlidir. Bu məqam danışıqlar prosesini çətinləşdirəcək məqamlardan biridir”.

“Hesab edirəm ki, sərhəddə təxribatlar daha da artıacaq. Önəmli olan hər iki tərəfin səbrlə davranması və yol xəritəsinə uyğun şəkildə sülhə doğri irəliləmələridir”.

Bu sözləri politoloq Zaur Məmmədov Praqa görüşündən sonra ermənilərin davam edən təxribatlarını PİA.az-a şərh edərkən qeyd edib.

Artıq bir neçə gündür ki, mövqelərimiz yenə də ermənilər tərəfindən müxtəlif çaplı atıcı silahlardan atəşə tutulur. Ümidverici Praqa görüşündən sonra da ermənilərdən təxribatları davam edir.

Bu təxribatların arxasında Avropa Birliyinin uğurlu vasitəçilik missiyasını həzm edə bilməyən Rusiya dayanır, yoxsa ermənilər özləri sülh prosesini pozmaqda maraqlıdırlar? Digər tərəfdən, Avropa Birliyinin mülki missiyasının sərhəddə keçirəcəyi monitoriqlər bu təxribatların qarşısını ala biləcək?

Son günlər baş verən prosesləri PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “İndiki halda delimitasiya və demarkasiya, Zəngəzur dəhlizi məsələlərindən əvvəl sülh sazişinin bağlanmasını gözləyirik”.

Qarabağın Azərbaycan ərazisi olmasının Ermənistan tərəfindən təsdiqlənməsini əsas uğur kimi vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan tərəfi bununla 30 ildən sonra da olsa qarşıda duran əsas vəzifəsini yerinə yetirdi bə Nikol Paşinyanın Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanımış olması sülh prosesinin bundan sonra daha normal şərtlərdə irəliləyəcəyindən xəbər verir:

“Oktyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyevin Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə çox məhsuldar görüşü oldu. Əvvəla, onu qeyd etmək lazımdır ki, sentyabrın 13-14-ü və daha sonrakı AzərbaycanErmənistan sərhəddindəki təxribatlar, eyni zamanda hərbi əməliyyatlar onu göstərdi ki, bu iki il ərzində Ermənistan əsas vaxt aparmağı məqsəd kimi qarşısına qoyubvə bu müddətdə Ermənistan öz öhdəliklərini tyerinə yetirməkdən sadəcə yayınmaqla məşğul idi. 13-14 sentyabr döyüşləri Ermənistan rəhbərliyini və ictimaiyyətini başa saldı ki, onlar bu yayınma oyunlarınında sonuna qədər yararlana bilməyəcəklər və ən qısa müddətdə öz öhdəliklərini yerinə yetirib sülh müqaviləsi imzalamazlarsa, Ermənistan ərazilərini itirəcəklər. Həmçinin Ermənistan bir daha əmin oldu ki, Rusiya və KTMT onlara görə Azərbaycanla müharibə etməyəcək. Ona görə də Praqa görüşü çox məhsuldar keçdi və hesab edirəm ki. yaxın zamanda bir şox məsələlər öz həllini tapacaq.

Praqa görüşünün 5 saat keçməsi özü-özlüyündən bundan xəbər verir ki, görüşdə əldə olunan razılıqlar heç asan olmayıb. Paşinyanın orada Makronla bir masada oturmasına görə, güman etmək olar ki, Fransa tərəfindən Azərbaycana təzyiqlər edilib. Buna qədər Üçtərəfli bəyanat, daha sonra Brüssel platformalarında Nikol Paşinyanın üzərinə götürdüyü öhdəliklərin icra edilməsi ləngidilirdi. Eyni zamanda Azərbaycan Ermənistana 5 prinsip irəli sürdü. Bu prinsiplərdə də Azərbaycan Ermənistana yeni heç nə təklif etməmişdi. Beş prinsip dünyanın beynəlxalq hüquqlarına əsaslanırdı. Söhbət ərazi bütövlüyündən və sərhəd toxunulmazlığdan gedirdi.

Azərbaycana lazım idi ki, Qarabağın Azərbaycan ərazisi olması Ermənistan tərəfindən təsdiqlənsin. Nikol Paşinyan da Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü və sərhəddini tanımış oldu. Həmçinin Paşinyan Azərbaycanın suverenliyini də tanıdı. Bu da o deməkdir ki, Ermənistan Fransa və Avropa İttifaqının liderlərinin qarşısında Azərbaycanın Qarabağ üzərindən suverenliyini tanıdı. Bu da bizim üçün vacib nüans idi. Azərbaycan tərəfi bununla, 30 ildən sonra da olsa, qarşıda duran əsas vəzifəsini yerinə yetirdi bə Nikol Paşinyanın Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanımış olması sülh prosesinin bundan sonra daha normal şərtlərdə irəliləyəcəyindən xəbər verir. Bundan sonra vacib olan odur ki, Praqa Bəyannaməsi sülh müqaviləsi də başa çatsın.

Zaur Məmmədov: “Əgər Paşinyan təzyiqlərə davam gətirə bilsə, hesab edirəm ki, ilin sonuna qədər Qərbin vasitəçiliyi ilə sülh sazişi imzlana bilər”.

Praqa görüşündə Avropa İttifaqının mülki missiyasının bölgəyə gəlməsinə də razılıq verildi. Əslində mülki missiyasının orada nə işlə məşğul olacağı hələki bəlli deyil və bu missiyanın nə qədər etibarlı olacağı da ciddi şəkildə şübhə yaradır. Hər halda bu missiyanı regiona gətirməklər Ermənistan Rusiya və Qərb arasında daha bir demarş etdi. Bu da Ermənistan üçün təhdid kimi qıbul olunacaq məqamdır. Rusiya mülki olsa belə, Aİ qüvvələrinin regiona gəlməsini heç də normal qarşılamayacaq və düşünürəm ki, bu demarşı ilə Paşinyan özü-özünü daha da çətin vəziyyətə saldı. Lakin imzanacaq sülh müqaviləsi üçün Paşinyana qarant lazımdır və Ermənistanın indiki höküməti isə bu qarantı Rusiya olaraq deyil, Qərb olaraq görünür. Ona görə də Paşinyana Ermənistan müxalifətinin və bir çox ictimai təşkilatların təzyiqi çox artacaq.

O cümlədən də hesab edirəm ki, sərhəddə təxribatlar daha da artıacaq. Önəmli olan hər iki tərəfin səbrlə davranması və yol xəritəsinə uyğun şəkildə sülhə doğri irəliləmələridir. Əgər Paşinyan bu təzyiqlərə davam gətirə bilsə, hesab edirəm ki, ilin sonuna qədər Qərbin vasitəçiliyi ilə sülh sazişi imzlana bilər.

İki ölkə arasında əsas fikir ayrılığı “Zəngəzur dəhlizi” ilə bağlıdır. Bildiyimiz kimi delimitasiya və demarkasiya, “Zəngəzur dəhlizi” ilə bağlı Rusiya, ABŞAvropa Birliyi arasında fikir ayrılığı var. Bu da diqqətdən yan keçməməlidir. Bu məqam danışıqlar prosesini çətinləşdirəcək məqamlardan biridir.

Ona görə də düşünürəm ki, delimitasiya və demarkasiya, o cümlədən “Zəngəzur dəhlizi” məsələlərindən əvvəl iki ölkə arasında sülh sazişinin imzalanması daha məqsədə uyğundur və biz bunu gözləyirik. Təbii ki, əgər Ermənistan sülh istəyirsə, ilin sonuna qədər sülh sazişinin imzalanması üçün heç bir problem yoxdur. Yəni sülh sazişinin imzalanması hazırda birbaşa Ermənistanın sərgiləyəcəyi davranışlardan asılıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Minlərlə insan Quma Rəisi ilə vidalaşmağa gəlir - Foto

Ən çox oxunanalar