Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə balıq emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb - Foto

Şəmkir şəhəri, M.Hüseynzadə küçəsi, ev 28 ünvanında yerləşən və fiziki şəxs Elməddin Mehman oğlu Xudiyevə məxsus olan balıq emalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı müəssisədə sanitar gigiyenik norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb. Belə ki, müəssisədə emal olunan balıqların baytarlıq arayışı ilə müşayiət edilmədiyi, məhsulun hazırlanması və emalı üçün gigiyenik cəhətdən uyğun şəraitin olmadığı, yuyulma zamanı istifadə edilən qabların mütəmadi təmizlənmədiyi, xammal və inqrediyentlərin temperatur rejiminə əməl olunmadan yararsız və çirkli qablarda saxlanıldığı müəyyən edilib. Həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, tavan, döşəmə və divar səthlərinin asan təmizlənə bilən materiallarla üzlənmədiyi aşkarlanıb. Müəssisədə istehsal zamanı texnoloji ardıcıllığa riayət olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq dezinfeksiya işlərinin aparılmadığı, işçi heyətin tibbi müayinələrdən keçmədiyi və iş prosesi zamanı xüsusi gigiyenik geyimlərdən istifadə edilmədiyi aşkar olunub.

Aşkarlanmış çatışmazlıqlarla əlaqədar məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Eyni zamanda çəkisi 930 kq olan müxtəlif çeşidli balığın satışı qadağan edilib, protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Fotolar

Poliqon.info 


Etiket: Müəssisə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Ən çox oxunanalar