Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəki sakinləri gecəni çadırlarda keçirəcək


Şəkidə baş verən güclü zəlzələ iki kənddə dağıntı törədib


Rayonun Bolludərə və Qaratorpaq kəndində bəzi ailələr gecəni çadırda keçirəcək.

Bolludərə kənd bələdiyyəsinin sədri Mehman Rəcəbovun ans press-ə verdiyi məlumata görə, kənddə bəzi evlərin divarları dağılıb. Bolludərədə uşaq bağçası tamamilə yararsız hala düşüb. Kəndin iki məktəbi də ciddi xəsarət alıb. Taxıl anbarı isə qəzalı vəziyyətə düşüb.

"Kənddəki bəzi evlər yararsız hala düşdüyü üçün Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən həmin evlərin sakinlərinə gecələmələri üçün çadırlar paylanacaq", - deyə Rəcəbov bildirib.

Oxşar hadisə Qaratorpaq kəndində də yaşanır. Həmin kənddə də evlərə ciddi ziyan dəyib.

"Bu gün baş verən zəlzələdə ən çox zərər Qaratorpaq kəndinə dəyib. Kənddə bəzi evlərin divarları uçub. Bəzi mənzilərdə yaşamaq olar. Çünki divarların bəzi hissəsi dağılıb. Ancaq bir sıra evlərdə gecələmək mümkün olmadığı üçün həmin sakinlərə də çadırlar paylanacaq. Kənddə həmçinin uşaq bağçası və seçki məntəqəsi də yararsız vəziyyətə düşüb", - deyə M. Rəcəbov deyib.

Ziyan dəyən hər iki kəndə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və FHN-in yüksək vəzifəli şəxsləri baş çəkərək öz tapşırıqlarını veriblər. Zərər çəkən evlər qeydiyyata alınıb.

Bu gün səhər yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km cənub-şərqdə zəlzələ qeydə alınmış, episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunmuşdu.

Zəlzələ Şəki ilə yanaşı Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən və digər ətraf rayonlarda hiss edilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar