Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid Kamran Fərəcovun doğum günü münasibətilə tədbir keçirilib - Fotolar

Vətən müharibəsinin şəhidi Kamran Fərəcovun doğum günü münasibətilə tədbir keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanovun, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradovun, Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin iştirakı ilə Vətən müharibəsinin şəhidi Kamran İlqar oğlu Fərəcovun doğum günü münasibətilə məzarı ziyarət edilib, xatirəsinə ehtiram olaraq məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək, Kamran Fərəcovun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiəsi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun Zəfər yürüşündə iştirak etdiyini, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldığını, ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildiyini bildirib. Kamran kimi mərd, vətənpərvər, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib və Allahdan onlara səbir diləyib. Kamran Fərəcovun ömür yolunun təhsil müəssisələrində öyrənildiyini, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Bütün şəhidlərimiz kimi Kamranın da qara mərmərdən boylanan nurüzlü çöhrəsinin onu ziyarət edənlərə güc, qüvvət verdiyini, şəhidlərimizin həqiqətən də çox yüksək məqama ucaldığının göstəricisi olduğunu qeyd edib.  Şəhid valideynlərinin və xüsusilə anaların nümayiş etdirdiyi məğrurluğun, dözümlülüyün, alicənablığın qarşısında baş əydiyini vurğulayıb. İşğaldan azad edilən torpaqlarımız abadlaşdıqca, o torpaqlarda üçrəngli bayrağımız dalğalandıqca, bizə Qələbə sevincini və qürurunu yaşadan Kamranların ruhunun  hər zaman şad olacağını, qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacağını söyləyib. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. 

Dövlət səviyyəsində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının Şirvanda da davam etdirildiyini, Vətən müharibəsindən bəri şəhidlərin doğum və anım günlərinin yüksək səviyyədə qeyd edildiyini, hər ayın son cümə axşamında şəhid ailələri ilə Şəhidlər Xiyabanında görüşlərin keçirildiyini, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyin, qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə və zərərçəkənlərə yardım kampaniyasında da möhtəşəm səviyyədə həyata keçirildiyini bildirib. Baş verənlərdən dolayı kədərləndiyini, Türkiyə xalqına dərin hüznlə başsağlığını bildirib.

Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif, şəhid Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarov şəhid Kamran Fərəcovun ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs ediblər. Şəhid adının müqəddəsliyindən və ucalığından söz açıblar.  Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə, Qardaş Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, ailələrinə səbir diləyiblər. Şəhidin atası İlqar Fərəcov vətənpərvər oğul böyütdüyü üçün qürur duyduğunu bildirib və iki il müddətində hər zaman yanlarında olduğu üçün şəhər rəhbərliyinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub. Ziyarətdən sonra Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Vətən müharibəsinin şəhidi Fərəcov Kamran İlqar oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Fotolar

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə

Ərdoğan: Biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik

Lavrov: Kurska hücumda xarici ölkələrdən gətirilən muzdlular iştirak edə bilər

Ən çox oxunanalar