Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid anası Talış kəndinə direktor təyin olundu - Foto

Şəhid anası Talış kəndinə direktor təyin olunub...

Poliqon mətbuat.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Qərara əsasən, 44 günlük Vətən müharibəsində şəhid olmuş Rəşad Hafiz oğlu Mirzəlinin anası Afidə Mirzəyeva Tərtər rayon Talış kənd tam orta məktəbinə direktor təyin olunub.

Qeyd edək ki, bu təyinata qədər A.Mirzəyeva Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib.
Ətraflı

Xatırladaq ki, Rəşad Mirzəli 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.

Hərbi xidmət zamanı sülhməramlı qüvvələrin sıralarında Azərbaycanda 6 ay qulluq etdikdən sonra digər əsgər yoldaşları ilə birlikdə könüllü Əfqanıstana yollanıb və 2014-cü ildən 2015-ci ilə kimi xidmətini orada davam etdirib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif olunub.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Rəşad Hafiz oğlu Mirzəli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Hərbi xidmətə görə" medalları ilə təltif edilib.

Fotolar

Poliqon.info


Etiket: şəhid müəllim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Ən çox oxunanalar