Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfirliyimizə qarşı terror hücumu niyə ört-basdır edilir?

27 yanvar 2023 tarixində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı xain terror aktının baş verməsindən artıq 6 ay keçir.

Poliqon.info Trend-ə istinadən bildirir ki, ötən 6 ay ərzində İran bir çox digər məsələlərdəki kimi, səfirliyimizə qarşı terror aktını silahlı hücum və ailə-məişət zəminində baş verən acı hadisə kimi qiymətləndirməkdədir.

Səfirliyimizə qarşı teörədilən bu cinayət bir terror aktı olsa da, əslində bunun təşkilatlandırılmamış olduğunu söyləmək absurddur. Amma İran hələ də bu absurd işindən əl çəkmir. Rəsmi Tehran səfirliyimizin təhlükəsizliyini təmin etməməsi, bu terror aktının hansı şəkildə planlaşdırılması və hansı şəxslərin (neçə nəfər) terror aktında əlinin olmasından bir kəlmə belə danışmır. İran rəsmilərinin sadəcə mövzunun ətrafında danışmaqla kifayətləndiyini desək yanılmarıq.

Elə bu gün (4 iyul) İran Məhkəmə Sisteminin sözçüsü Məsud Setayeşi Tehranda keçirdiyi mətbuat brifinqində bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə gözlənilməz və müdafiə olunmayacaq hücum baş verib və acı hadisə idi. Ölkənin ədliyyə, siyasi və təhlükəsizlik rəsmiləri hadisə baş verdikdən sonra həmişə qeyd ediblər ki, bu hücumun əsas səbəbkarı və yaxud rolu olan digər şəxslər tam qətiyyətli və qanuni şəkildə cəzalandırılsın. Cinayət işinin bir müttəhimi var. Həmin şəxslə bağlı istintaq yekunlaşıb. Digər müttəhimlərlə bağlı istintaq davam edir. Geniş araşdırmadan sonra məsələnin müxtəlif cəhətləri aydınlaşmalıdır və Azərbaycan dövlətinin əməkdaşlığı ilə cinayət üzrə qərarın verilməsi ilə nəticlənməlidir. Ölkənin daxili təhlükəsizliyini pozan hər bir şəxs ibrət olacaq şəkildə cəzalandırılacaq.

Çoxlu faktlar qeyd etmək olar. İranda 26 apreldə Mazandaran vilayətində Melli Bankın filialında Abbasəli Süleymani adlı molla odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Müttəhim 14 iyunda edama məhkum olunub. Və yaxud ötən ildə baş verən etiraz aksiyalarında və sonrakı hadisələrdə etirazçıları bir neçə saat ərzində müəyyənləşdirib, dar ağacından asan İranın Məhkəmə Sistemi 6 ay ərzində ölkənin beynəlxalq imicini də alt-üst edən bir cinayət işinin üstünü aça bilmir və yaxud açmaq istəmir.

Görünür İran Tehranda səfirliyimizə qarşı terror aktını unutdurmaq üçün bütün yollara əl atır. Lakin İran unutmamalıdır ki, səfirliyimizə qarşı terror aktının səbəbkarları cinayət məsuliyyətinə cəlb etməyə məhkumdur.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Zakir Həsənov: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

Ən çox oxunanalar