Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sədərək” və “Binə”nin fəaliyyətə başlaması ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi Azərbaycanda daha 391 nəfər koronavirusa yoluxub, 504 nəfər sağalıb. 9 nəfər isə vəfat edib. Yoluxmaların sayı azalma dinamikası ilə davam edərsə, gələn həftədən iri ticarət mərkəzlərinin fəaliyyətinə müəyyən qaydalara əməl etməklə icazə verilə bilərmi?

PİA.az xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, dünyada artıq karantin rejimi ilə bağlı yumşalmalar gedir:

“Bu yumşalmanın başlıca səbəbi insanların qaydalara tam əməl etməsidir. Bəzi ölkələrdə artıq ticarət mərkəzlərinin fəaliyyətinə yenidən icazə verilir. Bu da insanların qaydalara əməl etməsindən irəli gəlir. İnsanlar dərk edir ki, bu xəstəlik var və təhlükəlidir. Ona görə də qoyulan qaydalara əməl etmək lazımdır. Qoruyucu tibbi maskalardan istifadə etmək və növbədə dayandıqda sosial məsafəni qorumaq lazımdır. Ticarət mərkəzləri elə bir yerdir ki, müəyyən qədər kütlə toplaşır. İnsanlar alış-veriş edən zaman təmasda olurlar. Bu məsələdə qaydalara diqqətlə yanaşmaq lazımdır. Qaydalara tam əməl edilərək iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər. Son günlər yoluxmaların sayı azalır, sağalanların sayı isə artır. Bu, çox müsbət bir haldır. İnanıram ki, yaxın günlərdə iri ticarət mərkəzləri yenidən fəaliyyətə başlayacaq. İnsanlarımız qoyulan qaydalara mütləq şəkildə riayət etməlidir”.

pia.az


Etiket: Sədərək Binə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar