Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkiyə həftələr qalmış 'Anketlərin Anketi'nin nəticələri Kılıçdaroğlunun ikinci turda qalib gələcəyini göstərir…

Mayın 14-də keçiriləcək prezident və 28-ci dönım parlament seçkilərinə həftələr qalmış “Anketlər Anketi”ndən çıxan nəticə bəlli olub...

Sorğunun nəticələrinə görə, prezident seçkilərində ikinci turda Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu qalib gəlir. Bununla belə, “Mİllət İttifaqı” Məclis seçkilərində “Cumhur İttifaqı”ndan geri qalır.

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin Cumhuriyet qəzetinin məlumatında bildirilir.

Türkiyənin yaxın tarixinin ən mühüm seçkilərinə 27 gün qalıb. “Cumhur” və “Millət” ittifaqlarının prezidentliyə namizədləri ilə iki ittifaqın millət vəkili namizədlərinin yarışacağı seçkilər öncəsi müxtəlif araşdırma şirkətlərinin keçirdiyi sorğular gündəmdə qalmaqda davam edir. Bu dəfə 7 fərqli araşdırma şirkətinin mart ayındakı araşdırmalarına əsaslanan "Anketlər Anketi"nin nəticələri paylaşılıb.

“Türkiyə Hesabatı” adlanan bu araşdırma-sorğuda Eurasia Research, MAK Consulting, Saros, ORC, ADA və Findings araşdırma şirkətlərinin anket nəticələrinin ortalaması hesablanıb. Hesablamaya görə, seçki ikinci tura gedərsə, “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu 54,6 faiz səslə qalib olacaq. “Cumhur İttifaqı”nın namizədi və AKP başqanı Rəcəb Tayyib Ərdoğan 45,44 faiz səs qazana biləcək.

Parlament seçkilərində “Millət İttifaqı” Geridə qalır
Sorğuların ortalama nəticələrnə görə “Millət İttifaqı” çətiri altında olan partiyaların səs nisbəti 38,7 faiz olaraq qaldığı halda, Cumhuriyyət İttifaqı 40,1 faiz səs alır.

Yaşıl Sol Partiyası və Türkiyə Fəhlə Partiyasının daxil olduğu “Əmək və Azadlıq İttifaqıı” isə səslərin 11,3 faizinə sahib olur.

Hesablamaya görə, Məhərrəm İncənin rəhbərlik etdiyi “Vətən” Partiyasının səsləri 3,6 faiz olaraq qalır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar