Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şarl Mişel Ursula fon der Leyeni səlahiyyətlərini aşmaqda ittiham edib

Avropa Şurasının rəhbəri Avropa Komissiyasının sədrinin səlahiyyətlərini aşması barədə ittiham irəli sürüb...

Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenin xarici siyasət təşəbbüslərini tənqid edib və onu səlahiyyətlərini aşmaqda ittiham edib.

Poliqon Spiegel jurnalına istinadən xəbər verir ki, nümunə olaraq Mişel Tunislə miqrasiya sazişini göstərib. Onun sözlərinə görə, bu sənəd AK rəhbəri tərəfindən imzalanıb, lakin Aİ Şurası prosesdən kənara qalıb.

Avropa Komissiyasının sözçüsü Arianna Podesta Çarlz Mişelin bəyanatını qismən yalan adlandırıb.

Qeyd edilir ki, Avropa Şurası rəhbərinin xanım fon der Leyenin səlahiyyətlərindən sui-istifadə etməsinə misal kimi göstərdiyi AK və Tunis arasında miqrasiya sazişi bu ilin iyulunda bağlanıb. Avropa Komissiyasının sədri bu sənədi Niderland və İtaliyanın Baş nazirləri Mark Rutte və Corciya Meloni ilə birlikdə imzalayıb. Şarl Mişel vurğulayıb ki, Aİ Şurasının bu prosesdəm “kənarda qalması” anlaşılmazdır.

Avropa Komissiyasının sözçüsü Mişelin bəyanatını qismən yalan adlandırıb və qeyd edib ki, AK iyunun əvvəlindən Tunislə saziş üzrə danışıqlar aparır və mühüm məqamlar və danışıqların gedişi barədə üzv ölkələrin səfirlərini dəfələrlə məlumatlandırıb.

“Komissiya Avropa Şurasının 2023-cü ilin iyul ayındakı yekunları da daxil olmaqla, tam siyasi dəstəyindən istifadə edir və qeyri-qanuni miqrasiya ilə mübarizədə praktiki və effektiv irəliləyiş əldə edir”, deyə xanım Podesta vurğulayıb.

Spiegel qeyd edir ki, Ursula fon der Leyeni səlahiyyətlərini aşmaqda ittiham edərkən, Şarl Mişel özü də Ukraynaya 2030-cu ilə qədər Aİ-yə üzv olmaq perspektivini təklif etməklə səlahiyyətlərini aşır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Ən çox oxunanalar