Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyanın keçən il Bakıda olan müavini də polisə çağırıldı

Ermənistan Respublika Partiyasının sədr müavini, deputat Armen Aşotyan da polis tərəfindən şahid kimi dindirilib

Bu barədə hraparak.am saytı xəbər yayıb. Deputat nazir fəaliyyəti ilə bağlı dindirildiyini bildirib.

A.Aşotyan baş verənləri hökumətin təşkil etdiyi teatr adlandırıb. O, məzuniyyətə getdiyini və geri döndükdən sonra baş verən hadisənin detalları haqqında məlumat verəcəyini bildirib.

Qeyd edək ki, A.Aşotyan S.Sarkisyanın hakimiyyəti dönəmində təhsil naziri vəzifəsində çalışıb.

Virtualaz.org xatırladır ki, Armen Aşotyan həm də Ermənistan parlamentinin “Avronest” Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəridir və ötən ilin sentyabrında “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olmuşdu.

Yeri gəlmişkən, Armen Aşotyan jurnalistlərin suallarına cavab verərkən ortaya maraqlı məqam çıxmışdı. Məlum olmuşdu ki, onun anası bakılıdır: "Axırıncı dəfə Bakıda 1988-ci ilin yanvarında olmuşam. O vaxt 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəllə təsadüf edirdi. Mənim anam bakılıdır...".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar