Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyan Paşinyanı ifşa edən səs yazısını ictimailəşdirdi

İyunun 9-da Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və ailəsi haqqında paçıqlayacağını vəd etdiyi audioyazını ictimailəşdirib.

Sarkisyanın sözlərinə görə, bu səs yazısı Nikol Paşinyanı Qarabağ tənzimləməsi məsələsində ifşa edir.

Nikol Paşinyanın səsi eşidilən bu audioyazıda bildirilir:

“Mən 2018-ci il mayın 12-də Soçiyə getdim, çünki orda görüşlərim vardı, daha doğrusu bizim ilk tanışlığımız baş verirdi. Bu elə bir yer idi ki, burda iclaslardan əvvəl və sonra kofe-filan içmək üçün yığışırlar. Elə bu vaxt Putin, Nazarbayev və Lukaşenko gəlirlər və mənə bunu deyirlər: “Sənin indi böyük populyarlığın var və sair, sənin qismətinə Qarabağ məsələsini həll etmək şansı düşüb”. Mən deyirəm, yaxşı, tarixi şans var, amma sizcə həll etmək nə deməkdir? Onlar mənə “Lavrov planında” yazılanlardan danışırlar: qoşunların çəkilməsi-filan, deyirlər ki, onlar gəlib orda dayanacaqlar, heç milçək də uça bilməyəcək. Mən deyirəm ki, Qarabağın statusu müəyyən edilməyənədək bu məsələ müzakirə mövzusu ola bilməz. Mən heç bu varianta da razı deyiləm, amma siz mənə başqa şey deyirsiniz. Elə bu vaxt həm Putin, həm Nazarbayev, həm də Lukaşenka deyirlər ki, Əliyev Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bilir. Mən deyirəm əla, bu maraqlıdır. Gəlin bütün bunları kağızın üzərində yazaq və bu müzakirə üçün çox maraqlı mövzu olacaq. Mən də o kağızı gətirib xalqa deyərəm ki, belə bir təklif var: bu sizin üçün maraqlıdır, ya yox”.

Səs yazısında daha sonra bildirilir:

“Mənə aydın oldu ki, burda mənim vəzifəm dəqiq müəyyənləşdirilib və bu konveyerdən qaçmaq, onun üstündən kənara atılıb başqa yerdə olmaq lazımdır, amma bircə o konveyerin üstündə yox. Belə olsaydı, ifadəmə görə məni bağışlayın, özümü bir az dəliliyə, bir az da qeyri-adekvatlığa qoymalı, amma bu konveyerdən kənara atılmalıydım. Onda vəziyyət çox riskli idi. Çox-çox riskli məsələ idi”.

“Azadlıq” radiosunun erməni xidməti yazır ki, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu səs yazısına hələ ki reaksiya verməyib.

Amma səs yazısını dinlətdirdikdən sonra Ermənistanın üçüncü prezidenti Sarkisyanı Paşinyanı danışıqları dalana salmaqda ittiham edib:

“Belə bir nəticə alınır ki, bu adam dəli deyil. O özünü dəliliyə qoyub gic-gic hərəkətlər edir. Bu ölkə başçısı üçün sadəcə olaraq yolverilməzdir”.

Xatırladaq ki, iki gün öncə Serj Sarkisyan demişdi ki, onun ordu üçün ayrılmış pulları Monte Karlodakı kazinoda uduzduğuna dair ittihamına Paşinyan 24 saat ərzində bircə sübut göstərə bilməsə, o həmin bu audionu açıqlayacaq.(Modern.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Ən çox oxunanalar