Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sankt-Peterburqda şagird məktəbdə tapançadan atəş açıb, 4 nəfər yaralanıb

Sankt-Peterburqda şagird məktəbdə tapançadan atəş açıb, 4 nəfər yaralanıb...

Rusiyanın Sankt-Peterburq şəhərinin Kalininski rayonundakı təhsil mərkəzinin 16 yaşlı şagirdi pnevmatik tapança ilə məktəbə gələrək küçədə və binanın içərisində bir neçə dəfə atəş açıb. Dörd nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhər və Leninqrad vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.

“Dörd uşaq tibbi yardım almaq üçün xəstəxanaya göndərilib”, - məlumatda deyilir. Daxili İşlər Nazirliyinin Baş İdarəsindən verilən məlumata görə, yeniyetmə artıq saxlanılaraq polis bölməsinə çatdırılıb. Onun atasını da polisə çağırıblar.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nauka prospektində yerləşən məktəbin müəllimləri polisə müraciət ediblər. Onlar bildiriblər ki, 9-cu sinif şagirdi birinci dərsdən sonrakı tənəffüsdə tualetdə iki 8-ci sinif şagirdinə pnevmatik tapançadan atəş açıb.

Hadisə yerinə operativ şəkildə gələn polis silahı yeniyetmədən alıb.

“İlkin araşdırma zamanı müəyyən edilib ki, dərs günü başlamamış 9-cu sinif şagirdi daha iki şagirdə qarşı analoji əməl törədib: məktəbə gedərkən o, 7-ci sinifdə oxuyan iki şagirdə atəş açıb”, - polisdən bildirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar