Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Şərifov: "Azərbaycanda bu il 3 sektor nəticə əsaslı büdcəyə keçəcək"

2024-cü ildə artıq yeni cəlb olunan sektorların 2025-2027-ci illər üçün büdcə xərcləri proqram əsasında formalaşdırılacaq...

Bu il Azərbaycanda təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi pilot sektorlarında nəticə əsaslı büdcəyə keçid mexanizminin tamamlanması planlaşdırılır.

Bunu maliyyə naziri Samir Şərifov "Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçid" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

"Bu ildən dövlət büdcəsinin idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar üzrə pilot sektorlarda nəticə əsaslı büdcəyə keçid mexanizminin tamamlanması və proqram əsaslı büdcənin təkmilləşdirilərək tətbiqi, islahatlar prosesinə səhiyyə, sosial müdafiə və sosial təminat, gənclər və idman, mədəniyyət, turizm sektorlarının da cəlb olunması nəzərdə tutulub", - nazir qeyd edib.

S. Şərifov bildirib ki, bununla əlaqədar cari ildən yeni cəlb olunacaq sektorlarda OMXÇ-nin tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçid işlərinə başlamağı planalaşdırılır:

"2024-cü ildə artıq yeni cəlb olunan sektorların 2025-2027-ci illər üçün büdcə xərcləri proqram əsasında formalaşdırılacaq. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox sahədə olduğu kimi dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi sahəsində də genişmiqyaslı islahatlar aparılıb. Bu islahatların prioritet istiqamətlərindən biri məhz Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçiddir".

Nazirin sözlərinə görə, bu islahatlar üztə pilot sektorlar olaraq təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi müəyyən edilib: "Həmin pilot sektorlar üzrə Fəaliyyət Planlarının 2021-ci il üzrə icrasının ilk monitorinqi həyata keçirilib və bu monitorinqin ilkin nəticələrinə və ümumilikdə islahat prosesinin gedişinə dair Maliyyə Nazirliyi tərəfindən silsilə seminarların keçirilməsi planlaşdırılır".(report)

Poliqon.info


Etiket: Samir Şərifov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar