Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahramanyan özü-özünü niyə təkzib edir? - Hansı qüvvələr regionda sülhün bərqərar olmasını əngəlləməyə çalışır?..

“Artsax respublikası”nın buraxılmasını elan edən cinayətkar rejimin “prezidenti” Samvel Şahramanyan İrəvanda mitinq iştirakçıları qarşısına çıxaraq, “Artsax”ı buraxmaq haqqında sənədə imza atmadığını bildirib...

Siyasi-şərhçi: “Şahramanyanın qondarma “Artsax”ın buraxılmamasını bildirməsi boş bir söz yığınıdır. Şahramanyan bu bəyanatları Qarabağda olarkən niyə vermirdi”.

“Ola bilsin ki, Kreml tərəfindən rəsmi İrəvana öz davranışlarını düzəltməsi üçün müəyyən bir vaxt da verilib. Həmin vaxt ən uzağı Ukrayna savaşının sona çatmasına qədər davam edə bilər, deyə düşünürəm”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın İrəvanda verdiyi “Artsax” bəyanatını Poliqon-a şərh edərkən qeyd edib.

Erməni cəmiyyətindəki xaos gündən-günə böyüyür və yeni mərhələyə qədəm qoyur. Baş nazir Nikol Paşinyanın qərbyönlü siyasəti ilə barışmaq istəməyən bəzi qüvvələr hakimiyyətə qarşı etiraz edir, Qarabağdan Ermənistana köçən insanlar həyat şəraitlərinin aşağı olmasından gileylənir, Rusiyapərəst müxalifət düşərgəsində isə revanş haqqında planlar cızılır. “Qarabağ respublikası”nın buraxılmasını elan edən qondarma rejimin “prezidenti” Samvel Şahramanyan isə İrəvanda mitinq iştirakçıları qarşısına çıxaraq, “Artsax”ı buraxmaq haqqında sənədə imza atmadığını bildirib.

Şahramanyanın bu bəyanatları kimə və nəyə xidmət edir? Hansı qüvvələr regionda sülhün bərqərar olmasını əngəlləməyə çalışır?

“Artsax” ərtafında qurulan oyunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib

Kamran Məmmədli: “Böyük ehtimal ilə, Ermənistanda olan Rusiya klanı bu cür bəyanatlarla Şahramanyanıda Paşinyana qarşı oyuna daxil etmək istəyir”.

Artıq Paşinyanın tam olaraq Qərbə yönəldiyini və Rusiyadan qurtulmaq istədiyini vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Rusiya rəsmilərinin Paşinyanı Zelenski ilə müqayisə etməsi və dünən Ermənistanın Rusiyaya nota verməsi iki ölkə arasında gərginliyin pik həddə olmasından xəbər verir:

“Bildiyiniz kimi, Paşinyan uzun müddətdir ki, ikili oyun yürüdərək həm Rusiyaya həm də Qərbə xoş görünmək istəyirdi. Lakin son aylarda kəskin şəkildə Rusiyadan uzaqlaşması, Qərbə yönələrək bizim anti-terror tədbirlərimiz zamanı qondarma rejimlə əlaqəni kəsməsi, dolayısı ilə məsələyə qarışmaması bizim leyhimizə çevrildi. Bu gərginlikdən biz maksimum şəkildə, doğru siyasət apararaq öz ərazi bütovlüyümüzü bərpa etdik.

Hesab edirəm ki, artıq Paşinyan tam olaraq Qərbə yönəlib və Rusiyadan qurtulmaq istəyir. Rusiya rəsmilərinin Paşinyanı Zelenski ilə müqayisə etməsi və dünən Ermənistanın Rusiyaya nota verməsi iki ölkə arasında gərginliyin pik həddə olmasından xəbər verir.

Şahramanyanın qondarma Artsaxın buraxılmamasını bildirməsi boş bir söz yığınıdır. Şahramanyan bu bəyanatları Qarabağda olarkən niyə vermirdi? Böyük ehtimal ilə, Ermənistanda olan Rusiya klanı bu cür bəyanatlarla Şahramanyanıda Paşinyana qarşı oyuna daxil etmək istəyir. Yüksək ehtimal ilə, Kremlin səbri artıq tükətmək üzrədir.

Kamran Məmmədli: “Bizim dövlət olaraq öhdəmizə düşən bu gərinlikdən Qarabağ məsələsində olduğu kimi, maksikum istifadə edərək bu dəfə Zəngəzur dəhlizi məsələsinidə həll etməyimizdir”.

Ola bilsin ki, Kreml tərəfindən rəsmi İrəvana öz davranışlarını düzəltməsi üçün müəyyən bir vaxt da verilib. Həmin vaxt ən uzağı Ukrayna savaşının sona çatmasına qədər davam edə bilər deyə düşünürəm. Çünki Rusiyanın Ukrayna ilə savaşdığı bir zamanda ikinci cəbhə açması onun işini xeyli çətinləşdirə bilər. Bu baxımdan hazırda Rusiyanın birbaşa müdaxiləsini real görmürəm . Onların edə biləcəkləri maksimum həmlə Paşinyanı daxildəki adamları vasitəsi ilə devirmək ola bilər .

Bir daha qeydedim ki, bizim dövlət olaraq öhdəmizə düşən bu gərinlikdən Qarabağ məsələsində olduğu kimi, maksikum istifadə edərək bu dəfə Zəngəzur dəhlizi məsələsinidə həll etməyimizdir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Ən çox oxunanalar