Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahlar Əsgərov: “Orta məktəblərə alimlərin adını vermək lazımdır”

“Elmdə qazanılan hörməti zamanla yeyirsən, başqa yerdə qazanılan hörməti isə zaman yeyir"

Bunu Moderator.az-a açıqlamasında professor Şahlar Əsgərov “orta məktəblərimizdə şagirdlərdə elmə maraq yaratmaq üçün nə etməliyik?” sualını cavablayan Şahlar Əsgərov bildirib:

"Bu, çox aktual və vacib sualdır. Bəlkə də bir qədər gecikmişik. Kaş bu sualın həllinə 20 il bundan əvvəl başlayaydıq və çözələyə-çözələyə gələrdik. Çünki elm mənəviyyatın bir hissəsidir. Elm 4 yerə bölünür, dəqiq, texniki, təbiət və humanitar...

Dəqiq elmlər elmi möcüzələr, cihazlar, maşınlar yaratmalıdır. Bunlar maddi dəyər sayılır. Texniki elmlər maddi dəyərlər, humanitar elmlər isə mənəvi dəyərlər yaratmaqla məşğuldur. Yəni yazıçılarımız, şairlərimiz, rəssamlarımız öz əsərləri ilə mənəvi dəyər yaratmalıdır.

Biz elmə marağı məktəbdən başlamalıyıq. Gənc özü şüurlu insandır, özü də dünyanı, kainatı, şəhəri başa düşməyə çalışır. Biz cəmiyyətimizi, şəhərimizi elə nizamda saxlamalıyıq ki, seçimi gənc özü etməlidir. Demokratiya, liberal dəyərlərin ən vacib şərti budur ki, seçimi gənc özü etsin.

Orta məktəblərə alimlərin adını vermək lazımdır. Hansı alim hansı məktəbi bitiribsə, onun adını ora verməliyik. Belə olduqda, şagirdlər onunla maraqlanır, adını, fəaliyyətini mənimsədikdə ən azından həmin alimə bənzəmək istəsin.

Eyni zamanda məktəbliyə də, gəncə də başa salmaq lazımdır ki, elm asan deyil, bu yolda getmək cəngavərlikdir. Yəni şagirdin, gəncin özü elmlə bağlı qərara gəlməlidir.

Bir çox ölkələrdə texniki muzeylər var. Bunu dəfələrlə təklif etmişəm. Texniki muzeyə daxil olan zaman orada texniki təmayülün əyani şahidi oluruq. Bununla da orada gəzən gənclər, məktəblilər inkişaf prosesini öz gözləri ilə görüb, elmə daha da həvəslənəcəklər. Alimliyin yaradıcı sənət olduğunun şahidi olacaq. İstehsalçı olmaq lazımdır, istehlakçı yox.

Alim olmayana alim diplomunu verməyək. 10 şagirddən, tələbədən biri elmi seçərsə də bu yaxşı göstəricidir. Yalançı alimləri elmə buraxmaq lazım deyil. Bu təmiz suya çirkab atmış kimidir. Sanki təmiz suyu çirkləndirirsən. İndi alimlər çox artıb. Elmi ad layiq olan insana verilsə, problemimiz olmaz. Bu istiqamətdə islahatlara ehtiyac var”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar